1. Xarab olmuş boruları təmir etdirməmək
Bəzən borular xarab olduğu üçün damla-damla su axıdır. Saniyədə axan 1 damla, ildə 6 ton su israfı deməkdir. Xarab olmuş boruları mütləq təmir edin. Bundan əlavə, diş fırçalayarkən, üz qırxarkən suyu açıb buraxmayın.
2. Qabları əldə yumaq
Əgər suyu israf etmək istəmirsinizsə, bu vərdişinizi tərgizməli olacaqsınız. Qabyuyan maşın 9 qat daha az su sərf edir.
3. Meyvə və tərəvəzləri axan suyun altında yumaq
Meyvə və tərəvəzləri axan suyun altında yumaq, bəsit görünsə də, çoxlu suyun axıb getməsinə səbəb olur. Qabın içinə su doldurun və bir neçə damla sirkə əlavə edin. Meyvə və tərəvəzləri sirkəli suda saxlayın. İldə 18 ton suyu xilas etmiş olacaqsınız.
4. Maşınları şlanqla yumaq
Maşını şlanqla yumaq düşündüyünüzdən daha çox suyun israf olmasına səbəb olur. Bunun yerinə su dolu vedrə və fırça ilə maşını təmizləyin. Bu üsulla bir yumada 300 litr suyun israfına mane olacaqsınız.
5. Ağacları günorta saatlarında sulamaq
Xüsusilə, bahar və yay ayalarında baxçanı günorta saatlarında sulamaq düzgün deyil. Bu lirtlərlə suyun israf olmasına səbəb olur. Sulama prossesini erkən saatlarda və ya axşam saatlarında edin. Bu üsulu evdəki bitkilər üçün də istifadə edə bilərsiniz. Bu üsulla tonlarla suyun israf olmasının qarşısını alacaqsınız.