Qadin.NET / Orucun həqiqəti

Orucun həqiqəti

 

Ramazan ayı Allah-Taalanın Öz kitabı Qurani-Kərimdə adını çəkdiyi və yad etdiyi yeganə aydır. "Bəqərə" surəsinin 185-ci ayəsində bu barədə buyurur:

Orucun həqiqəti

ШґЩЋЩ‡Щ’Ш±ЩЏ Ш±ЩЋЩ…ЩЋШ¶ЩЋШ§Щ†ЩЋ Ш§Щ„Щ‘ЩЋШ°ЩђЩЉЩЋ ШЈЩЏЩ†ШІЩђЩ„ЩЋ ЩЃЩђЩЉЩ‡Щђ Ш§Щ„Щ’Щ‚ЩЏШ±Щ’ШўЩ†ЩЏ Щ‡ЩЏШЇЩ‹Щ‰ Щ„Щ‘ЩђЩ„Щ†Щ‘ЩЋШ§ШіЩђ Щ€ЩЋШЁЩЋЩЉЩ‘ЩђЩ†ЩЋШ§ШЄЩЌ Щ…Щ‘ЩђЩ†ЩЋ Ш§Щ„Щ’Щ‡ЩЏШЇЩЋЩ‰ Щ€ЩЋШ§Щ„Щ’ЩЃЩЏШ±Щ’Щ‚ЩЋШ§Щ†Щђ

 

"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlillərlə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran Ramazan ayında nazil edilmişdir..."

 

Bu ayəyə əsasən, insan bu ayda "furqan" məqamına yüksələ və haqqı batildən ayırd etmə bəsirətinə sahib ola bilər.

 

Bu ay insanlıq yolunu ötüb-keçmək üçün dəyərli bir fürsətdir; bir şərtlə ki, insan fiqhi oruc tutmaqla yanaşı, əxlaqi oruc da tutmuş olsun. Əxlaqi oruc odur ki, insan günahdan qorunsun, Allaha xatir bədən üzvləri - gözü, qulağı, dili, əli, ayağı, istəkləri də oruc olsun, batili istəklərdən çəkinsin. Əmirəlmöminin Əli (ə) bir hədisdə belə buyurur:

 

Ш§Щ„ШµЩЉШ§Щ…ЩЏ Ш§Ш¬Щ’ШЄЩђЩ†Ш§ШЁЩЏ Ш§Щ„ЩЋЩ…Ш­Ш§Ш±ЩђЩ…ЩђШЊ ЩѓЩЋЩ…Ш§ ЩЉЩЋЩ…Щ’ШЄЩЋЩ†ЩђШ№ЩЏ Ш§Щ„Ш±Щ‘ЩЋШ¬ЩЏЩ„ЩЏ Щ…ЩђЩ†ЩЋ Ш§Щ„Ш·Щ‘ЩЋШ№Ш§Щ…Щђ Щ€ЩЋ Ш§Щ„ШґЩ‘ЩЋШ±Ш§ШЁЩђ

 

"İnsan yemək və içməkdən çəkindiyi kimi, oruc da günahlardan çəkinməkdir." ("Mizanul-hikmət", c.5, səh. 471, hədis 10952.)

 

O Həzrət başqa bir hədisdə belə buyurur:

 

ШµЩЋЩ€Щ’Щ…ЩЏ Ш§Щ„Щ’Ш¬ЩЋШіЩЋШЇЩђ Ш§Щ„Щ’Ш§Щ…Щ’ШіШ§ЩѓЩЏ Ш№ЩЋЩ†Щђ Ш§Щ„Щ’Ш§ШєЩ’Ш°ЩђЩЉЩЋШ©Щђ ШЁЩђШ§Ш±Ш§ШЇЩЋШ©ЩЌ Щ€ЩЋ Ш§Ш®Щ’ШЄЩђЩЉШ§Ш±ЩЌШЊ Ш®ЩЋЩ€Щ’ЩЃШ§Щ‹ Щ…ЩђЩ†ЩЋ Ш§Щ„Щ’Ш№ЩђЩ‚Ш§ШЁЩђ Щ€ЩЋ Ш±ЩЋШєЩ’ШЁЩЋШ©Щ‹ ЩЃЩђЩ‰ Ш§Щ„Ш«Щ‘ЩЋЩ€Ш§ШЁЩђ Щ€ЩЋ Ш§Щ„Щ’Ш§Ш¬Щ’Ш±Щђ. Щ€ЩЋ ШµЩЋЩ€Щ’Щ…ЩЏ Ш§Щ„Щ†Щ‘ЩЋЩЃЩ’ШіЩђ Ш§Щ…Щ’ШіШ§ЩѓЩЏ Ш§Щ„Щ’Ш­ЩЋЩ€Ш§ШіЩ‘Щђ Ш§Щ„Щ’Ш®ЩЋЩ…Щ’ШіЩђ Ш№ЩЋЩ†Щ’ ШіШ§Ш¦ЩђШ±Щђ Ш§Щ„Щ’Щ…ЩЋШўШ«ЩђЩ…Щђ Щ€ЩЋ Ш®ЩЏЩ„ЩЏЩ€Щ‘ЩЏ Ш§Щ„Щ’Щ‚ЩЋЩ„Щ’ШЁЩђ Щ…ЩђЩ†Щ’ Ш¬ЩЋЩ…ЩЉШ№Щђ Ш§ШіЩ’ШЁШ§ШЁЩђ Ш§Щ„ШґЩ‘ЩЋШ±Щ‘Щђ

 

"Cismin orucu iradə və ixtiyarla yeyib-içməkdən çəkinmək və onda məqsəd ilahi əzabdan qurtuluş və ilahi mükafata yiyələnməkdir. Ruhun orucu isə (yalnız dil yox,) beş duyğunu digər günahlardan qorumaq və qəlbi bütün çirkinliklərin səbəblərindən təmizləməkdir." ("Mizanul-hikmət", c.5, səh.471, hədis 10651.)

 

Milli.Az maide.az-a istinadən bildirir ki, İlahi göstərişlərin zahiri cəhətləri olduğu kimi, batini cəhətləri də vardır. Onun göstərişlərinin batini insanı Allaha doğru aparan işıqlı bir yoldur. Bu batin bizim üçün qeybdir və biz ondan xəbərsizik. Əgər ondan xəbərdar olsaydıq, sözsüz ki, ömrümüz boyu Onun bütün hökmləri müqabilində baş əyər, səcdə edərdik. Peyğəmbəri-Əkrəm (s) necə də gözəl buyurmuşdur:

 

Щ„ЩЋЩ€Щ’ Ш№ЩЋЩ„ЩђЩ…Щ’ШЄЩЏЩ…Щ’ Щ…ЩЋШ§ Щ„ЩЋЩѓЩЏЩ…Щ’ ЩЃЩђЩЉ Ш±ЩЋЩ…ЩЋШ¶ЩЋШ§Щ†ЩЋ Щ„ЩЋШІЩђШЇЩ’ШЄЩЏЩ…Щ’ Щ„ЩђЩ„Щ‘ЩЋЩ‡Щђ ШЄЩЋШЁЩЋШ§Ш±ЩЋЩѓЩЋ Щ€ЩЋ ШЄЩЋШ№ЩЋШ§Щ„ЩЋЩ‰ ШґЩЏЩѓЩ’Ш±Ш§Щ‹

 

"Əgər Ramazan ayında sizə nələr verildiyini bilsəydiniz, Allah-Taalanın dərgahında (hər an) şükrünüzü artırardınız!" ("Əl-əmali", Şeyx Səduq, səh.48.)

 

Başqa bir hədisdə isə belə buyurur:

 

Щ„ЩЋЩ€Щ’ ЩЉЩЋШ№Щ’Щ„ЩЋЩ…ЩЏ Ш§Щ„Щ’Ш№ЩЋШЁЩ’ШЇЩЏ Щ…ЩЋШ§ ЩЃЩђЩЉ Ш±ЩЋЩ…ЩЋШ¶ЩЋШ§Щ†ЩЋ Щ„ЩЋЩ€ЩЋШЇЩ‘ЩЋ ШЈЩЋЩ†Щ’ ЩЉЩЋЩѓЩЏЩ€Щ†ЩЋ Ш±ЩЋЩ…ЩЋШ¶ЩЋШ§Щ†ЩЏ Ш§Щ„ШіЩ‘ЩЋЩ†ЩЋШ©

 

"Əgər bəndə Ramazan ayında nələr olduğunu bilsəydi, bütün ilin Ramazan ayı olduğunu arzulayardı!" ("Biharul-ənvar", c.93, səh.346.)

 

Qurani-Kərimin "Bəqərə" surəsinin 184-cü ayəsində orucun xeyri-faydası ilə bağlı belə buyurulur:

 

Щ€ЩЋШЈЩЋЩ† ШЄЩЋШµЩЏЩ€Щ…ЩЏЩ€Ш§Щ’ Ш®ЩЋЩЉЩ’Ш±ЩЊ Щ„Щ‘ЩЋЩѓЩЏЩ…Щ’ ШҐЩђЩ† ЩѓЩЏЩ†ШЄЩЏЩ…Щ’ ШЄЩЋШ№Щ’Щ„ЩЋЩ…ЩЏЩ€Щ†ЩЋ

 

"Əgər oruc tutsanız, sizin üçün daha yaxşıdır, əgər bilsəydiniz!"

 

Ayədə "Əgər bilsəydiniz!" - təbirinin işlənməsindən anlaşılır ki, insan orucun həqiqətindən xəbərsizdir.

 

Peyğəmbəri-Əkrəm (s) bir hədisdə belə buyurur:

 

ШµЩЏЩ€Щ…ЩЏЩ€Ш§ ШЄЩЋШµЩђШ­Щ‘ЩЏЩ€Ш§

 

"Oruc tutun ki, sağlam olasınız." ("Biharul-ənvar", c.59, səh.267.)

 

Oruc tutmaq zahiri sağlamlıq və cismani qüvvələrin tənzimlənməsi ilə yanaşı, batini təsirlərə də malikdir. Orucun batini, yəni özünüislah, özünütərbiyə.

 

Hər bir zahirin batinində qeybi bir həqiqət yatıb. Bu aləmə göndərilən hər bir hökm və göstəriş ilahi rəhmət və məhəbbətdən qaynaqlanıb. Allah-Taalanın bütün göstərişləri rəhmətdir. Bizik ki, onu dərk edə bilmirik, pərdə arxasında qalmışıq, onun həqiqətini dərk etmək üçün zəhmət çəkməli, əməl etməli, mənəviyyat dəryasında üzməliyik. Qurani-Kərimin ibarəsi ilə desək, hər kəs öz əməlinin girovundadır. ("Bəqərə"/38.) Hər kəs yerinə yetirilməli olduğu vaciblərin və etdiyi günahların müqabilində girovdur, hər kəs öz əməlinin əvəzini alacaqdır. İnsan hiss aləmindən çıxmayınca, ilahi hökmlərin həqiqət və fəlsəfəsini dərk edə bilməyəcək. Peyğəmbəri-Əkrəm (s) Şəbaniyyə xütbəsində pərdə arxasından xəbər verir, buyurur:

 

ШЈЫЊЩ‘ЩЏЩ‡ЩЋШ§ Ш§Щ„Щ†Щ‘Ш§ШіЩЏШЊ ШҐЩ†Щ‘ЩЋЩ‡ЩЏ Щ‚ЩЋШЇ ШЈЩ‚ШЁЩЋЩ„ЩЋ ШҐЩ„ЩЋЫЊЪ©ЩЏЩ… ШґЩЋЩ‡Ш±ЩЏ Ш§Щ„Щ„Щ‘Щ‡ ШЁЩђШ§Щ„ШЁЩЋШ±ЩЋЪ©ЩЋШ©Щђ Щ€ЩЋШ§Щ„Ш±Щ‘ЩЋШ­Щ…ЩЋШ©Щђ Щ€ЩЋШ§Щ„Щ…ЩЋШєЩЃЩђШ±ЩЋШ©ЩђШЊ ШґЩЋЩ‡Ш±ЩЊ Щ‡ЩЏЩ€ЩЋ Ш№ЩђЩ†ШЇЩЋ Ш§Щ„Щ„Щ‘Щ‡ ШЈЩЃШ¶ЩЋЩ„ЩЏ Ш§Щ„ШґЩ‘ЩЏЩ‡Щ€Ш±ЩђШЊ Щ€ЩЋШЈЫЊЩ‘Ш§Щ…ЩЏЩ‡ЩЏ ШЈЩЃШ¶ЩЋЩ„ЩЏ Ш§Щ„ШЈЩЋЫЊЩ‘Ш§Щ…ЩђШЊ Щ€Щ„ЩЋЫЊШ§Щ„ЫЊЩ‡Щђ ШЈЩЃШ¶ЩЋЩ„ЩЏ Ш§Щ„Щ„Щ‘ЩЋЫЊШ§Щ„ЫЊШЊ Щ€ШіШ§Ш№Ш§ШЄЩЏЩ‡ЩЏ ШЈЩЃШ¶ЩЋЩ„ЩЏ Ш§Щ„ШіЩ‘Ш§Ш№Ш§ШЄЩђ

 

"Ey insanlar, həqiqətən, Allahın rəhmət, bərəkət və məğfirət ayı (Ramazan ayı) sizə üz tutmuşdur. Bu ay Allah yanında ən fəzilətli ay, onun günləri ən fəzilətli gün, gecələri ən fəzilətli gecəvə saatları ən fəzilətli saatlardır."

 

Щ‡ЩЏЩ€ЩЋ ШґЩЋЩ‡Ш±ЩЊ ШЇЩЏШ№ЫЊШЄЩЏЩ… ЩЃЫЊЩ‡Щђ ШҐЩ„Щ‰ Ш¶ЩђЫЊШ§ЩЃЩЋШ©Щђ Ш§Щ„Щ„Щ‘Щ‡ШЊ Щ€Ш¬ЩЏШ№ЩђЩ„ШЄЩЏЩ… ЩЃЫЊЩ‡Щђ Щ…ЩђЩ† ШЈЩ‡Щ„Щђ Ъ©ЩЋШ±Ш§Щ…ЩЋШ©Щђ Ш§Щ„Щ„Щ‘Щ‡

 

"Bu ayda Allah sizi Öz ziyafətinə dəvət etmişdir və siz bu ayda Allahın əziz bəndələrindən qərar verilmisiniz."

 

ЩЃЩЋШ§ШіШЈЩЋЩ„ЩЏЩ€Ш§ Ш§Щ„Щ„Щ‘Щ‡ ЩЋ Ш±ЩЋШЁЩ‘ЩЋЪ©ЩЏЩ… ШЁЩђЩ†ЩђЫЊЩ‘Ш§ШЄЩЌ ШµШ§ШЇЩђЩ‚ЩЋШ©ЩЌ Щ€Щ‚ЩЏЩ„Щ€ШЁЩЌ Ш·Ш§Щ‡ЩђШ±ЩЋШ©ЩЌ ШЈЩ† ЫЊЩЏЩ€ЩЋЩЃЩ‘ЩђЩ‚ЩЋЪ©ЩЏЩ… Щ„ЩђШµЩђЫЊШ§Щ…ЩђЩ‡Щђ Щ€ШЄЩђЩ„Ш§Щ€ЩЋШ©Щђ Ъ©ЩђШЄШ§ШЁЩђЩ‡ЩђШ› ЩЃЩЋШҐЩђЩ†Щ‘ЩЋ Ш§Щ„ШґЩ‘ЩЋЩ‚ЩђЫЊЩ‘ЩЋ Щ…ЩЋЩ† Ш­ЩЏШ±ЩђЩ…ЩЋ ШєЩЏЩЃШ±Ш§Щ†ЩЋ Ш§Щ„Щ„Щ‘Щ‡ Щђ ЩЃЫЊ Щ‡Ш°ЩЋШ§ Ш§Щ„ШґЩ‘ЩЋЩ‡Ш±Щђ Ш§Щ„Ш№ЩЋШёЫЊЩ…Щђ Щ€ЩЋШ§Ш°Ъ©ЩЏШ±Щ€Ш§ ШЁЩђШ¬Щ€Ш№ЩђЪ©ЩЏЩ… Щ€Ш№ЩЋШ·ЩЋШґЩђЪ©ЩЏЩ… ЩЃЫЊЩ‡Щђ Ш¬Щ€Ш№ЩЋ ЫЊЩЋЩ€Щ…Щђ Ш§Щ„Щ‚ЩђЫЊШ§Щ…ЩЋШ©Щђ Щ€Ш№ЩЋШ·ЩЋШґЩЋЩ‡ЩЏ

 

"Sadiq niyyət və pak qəlblərlə Allah-Taaladan istəyin ki, sizi bu ayda oruc tutmağa və Quran oxumağa müvəffəq etsin. Bu böyük ayda Allahın məğfirətindən məhrum olan şəxs, həqiqətən də bədbəxtdir. Bu ayda ac və susuz qalmaqla Qiyamət gününün aclığı və susuzluğunu xatırlayın." ("Üyunu əxbarir-Riza (ə)", c.1, səh.230.)

 

Əmirəlmöminin Əli (ə) bir rəvayətdə orucun həqiqəti ilə bağlı belə buyurur: "Oruc tutan şəxs elə bir məqama yüksəlməlidir ki, nəinki orucu batil edən işlərdən və günahlardan çəkinməli, həm də günah fikrində belə olmamalıdır." ("Mizanul-hikmət", c.5, səh.470, hədis 10648.)

 

Bəzi alimlər bu hədisə əsaslanaraq, orucu üç qismə bölmüşlər:

 

1. "Ümumi oruc" - bu, həmin fiqhi orucdur, yəni oruc tutan insanın orucu batil edənlərdən (yemək, içmək və s. işlər) çəkinməsi.

 

2. "Xas oruc" - insanın orucu batil edənlərlə yanaşı, bütün günah və haramlardan çəkinməsi. Peyğəmbəri-Əkrəm (s) buyurur:

 

ШЈЩЃШ¶ЩЋЩ„ЩЏ Ш§Щ„ШЈЩЋШ№Щ…Ш§Щ„Щђ ЩЃЫЊ Щ‡Ш°ЩЋШ§ Ш§Щ„ШґЩ‘ЩЋЩ‡Ш±Щђ Ш§Щ„Щ€ЩЋШ±ЩЋШ№ЩЏ Ш№ЩЋЩ† Щ…ЩЋШ­Ш§Ш±ЩђЩ…Щђ Ш§Щ„Щ„Щ‘Щ‡ Щђ Ш№ШІ Щ€ Ш¬Щ„

 

"Bu ayda ən fəzilətli əməl Allahın haram etdiyi işlərdən çəkinməkdir." ("Üyunu əxbarir-Riza (ə)", c.1, səh.230.)

 

3. "Xassul-xas oruc" - insanın orucu batil edənlərdən, bütün günah və haramlardan çəkinməsi ilə yanaşı, günah fikrindən də çəkinməsi! Yəni burada insanın dili, qarnı, əl-ayağı, göz və qulağı oruc olduğu kimi, qəlbi də oruc olaraq günah haqda belə düşünmür. Belələrinin batini də orucdur, öz batin və düşüncəsində Allah və Onun razılığından başqasının yeri yoxdur, yalnız Allahı və Onun razılığını düşünür. Bəli, insanın qəlbi o zaman oruc olur ki, Allaha qəlbən bağlana. İnsanın qəlbini fəth edən də elə bu bağlılıqdır.

 

Milli.Az

 

9 may 2020
GO BACK