- İmsakla iftar arasındakı uzun zaman bakteriya artımına səbəb olur. Bunun qarşısını almaq üçün dişlər kalsiumla zəngin olan diş məcunu ilə yuyulmalıdır.
- Yumşaq və ya çox sərt diş fırçasının yerinə orta sərtliyi olan diş fırçalarına üstünlük verməli. Bu diş ətlərinin daha yaxşı təmizlənməsinə kömək edəcək.
- Diş ipi və ağız qarğarası istifadə edərək fırçalanmış dişlərin gigiyenasına dəstək verə bilərsiniz.
- Ədviyyatlı yeməklər bakteriya artımın sürətləndirərək ağız qoxusunu artıra bilir. Ramazan ərzində yeyilən ədviyyatları azaltmaq lazımdır.
- Lifli qidalar mədədəki turşuluq səviyyəsini azaldaraq ağız qoxusunun qarşısını alır. Lifli qidalarla qidalanın.
- Bədəndə su atılmasını sürətləndirən çay, qəhvə, kola kimi içkilər ağız quruluğunun artmasına səbəb olur və ağız qoxusunun yaranmasına zəmin hazırlayır. İmsakda bu içkilərə üstünlük verməyin.
- Diş çürükləri və diş daşları ağız qoxusunu artırır.