Qadin.NET / Hədiyyə ilə bağlı etiket qaydaları-3 (son)

Hədiyyə ilə bağlı etiket qaydaları-3 (son)


Uşaqlar üçün hədiyyələr


Hər şeydən əvvəl uşaqlara yaşlarına,maraqlarına və əqli inkişafına uyğun hədiyyə verilməlidir. Hədiyyə tərbiyəvi funksiya daşıyır. Balaca uşağa hədiyyə  seçmək daha asandır. Oyuncaqlardan başqa şəkillərlə olan kitablar, rəsm üçün ləvazimatlar: karandaşlar, rənglər, plastilin və s. hədiyyə etmək olar, Bir az böyük  yaşda olan uşaqlara müxtəlif oyunlar, bəzi qabiliyyətlərinin inkişafına yönəldilmiş kitablar  hədiyyə etmək olar. Getdikləri dərnəklərdə və məşğələlərdə məşğuliyyətlər üçün lazım olan əşyalar hədiyyə etmək daha  münasib olar. 

Biznes-hədiyyələr

 

İşgüzar hədiyyələr kontakt qurulması və xoş atmosferin yaradılmasi məqsədi ilə edilir. Həmin insana qarşı olan  xoş münasibətinizi göstərmək üsullarından biridir.

 İş etiketi tələblərinə əsasən, birinci görüş vaxtı əvvəlcə hədiyyələr sahiblər tərəfindən edilir. Əgər sizin firmanıza xarici partnyorlar gəlibsə, onda hörmət əlaməti  olaraq onlara  sadə suvenirlər təqdim etmək olar. Sonrakı əməkdaşlıq dövründə hər iki tərəfdən hədiyyələr gözlənilir.

 Biznes-hədiyyə ucuz olmalıdır. Hətta əgər siz müvəffəqiyyətli firmada işləyirsinizsə, nə qonağa, nə də iş yoldaşına bahalı hədiyyələr vermək olmaz. Əks təqdirdə öz hədiyyənizlə siz onları pis vəziyyətə qoyacaqsınız.

 


 Biznes-hədiyyə üçün münasib əşyalar:

avtomat qələmlər;

kalkulyator;

açarlar üçün brelok;

xırda dəftərxana ləvazimatlarının dəsti (yığımı);

kağız üçün bıçaqlar və s.

 

Daha əlamətdar günlərdə: ad günü, 8 Mart, təqaüdə çixmaq münasibətilə saat, portfel, qovluq, alışqan və s. hədiyyə etmək olar.

 Biznes-hədiyyələrə şlyapalar, köynəklər, corablar və s. aid etmək olmaz. Qalstuklar, şərflər və örpəklər istisna təşkil edir.

 Hədiyyə seçiminə ciddi yanaşmaq lazımdır. İnsanın maraqlarını,zövqünü  nəzərə almaq lazimdır. Hədiyyə onun məşğuliyyət və işinə uyğun olmalıdır.

 

 

Hədiyyənin gözəl qablaşdırması - əhəmiyyətli detaldır, çünki o hədiyyə haqqında birinci təəssüratı yaradır.

 

Başqa ölkəyə işgüzar səfər vaxtı sizin vətəninizin mədəniyyətini, ənənələrini əks etdirən suvenirlər hədiyyə etmək lazımdır. Bu, kiçik heykəllər, qravüralar, divar boşqabları və s. ola bilər. Uzun müddətli əməkdaşlıq vaxtı spirtli içkilər, şirniyyatlar, dəridən, şüşədən, keramikadan və metaldan əşyalar da vermək olar.

 

Spirtli içkilərlə diqqətli olmaq lazımdır, hədiyyə etmək istədiyiniz içki onun sevimli içki növlərinin sırasına daxil olmalıdır.

 


Heç vaxt  istifadə edilmiş əşyaları hədiyyə etməyin, antikvar və qiymətli şeylər istisna təşkil edir. Müxtəlif növ dedi-qodulardan qaçmaq üçün  işgüzar hədiyyəni etmək üçün kifayət çəkiyə malik olan səbəblər lazimdir. Belə səbəblərə aşağidakilari aid etmək olar :

Ad günü

Uşağın dünyaya gəlməsi

Nikah

Yubiley

Təqaüdə çixmaq

Maaşın və ya vəzifənin artımı

Mükafatın alınması

Qəzetdə və ya jurnalda nəşr

Televiziyada çıxış

Kitabın işıq üzü görməsi

Elmi dərəcənin alınması

Hədiyyəni minnətdarlığın əlaməti kimi də hər hansı işdə sizə kömək edən insana təqdim etmək olar.

8 dekabr 2011
GO BACK