Qadin.NET / Yuxu haqqında bilmədiyiniz məlumatlar

Yuxu haqqında bilmədiyiniz məlumatlar

 

1. Yuxuda gördüyümüz üzlər

Yuxuda gördüyümüz insanları tanımadığımız hallarla rastlaşırıq. Əslində realda gördüyümüz insanları yuxuda görürük, üzləri anıya bilməsək də.

Yuxu haqqında bilmədiyiniz məlumatlar

 

2. Bir çox insan yuxularını xatırlamaz

Bir gecədə birdən çox yuxu görürük. Fəqət insanların təkcə 5%-i gördüyü yuxuları xatırlayır. İnsanların 95%-i oyandıqdan sonra yuxusunu unudur. 

Yuxu haqqında bilmədiyiniz məlumatlar

 

3. Bəzi insanlar ağ-qara yuxular görər

Uşaqlıq dövründə ağ-qara televizor izləmiş şəxslər yuxularını ağ-qara formasına görə bilir. Bu şüuraltı ilə bağlıdır. 

Yuxu haqqında bilmədiyiniz məlumatlar

4. Heyvanlar da yuxu görür

Heyvanların çoxu yuxu görür. Heyvanların da yuxuları gündəlik həyatlarındakı fəaliyyətlərdən ibarət olur. Bunu yuxuda olarkən bədənlərinin hərəkətlərindən görə bilərsiniz. 

 

5. Qadınların və kişilərin yuxuları fərqlidir

Qadın və kişilərin  yuxularında fərqliliklər var. Məsələn, kişilərin yuxularında daha çox şiddət və dava, qadınlarda isə daha həssas təcrübələr olur. Təbii ki, bu insandan-insana dəyişir.

 

 

30 mart 2020
GO BACK