Qadin.NET / Pişiklər sevgilərini necə göstərir

Pişiklər sevgilərini necə göstərir

 

 

Pişiklər sevgilərini necə göstərir

 

Sizə qarnını göstərirsə

Çox heyvanlar kimi pişiklərdə həssas olan qarın bölgələrini heç kimə göstərmirlər. Qarın bölgələri digər bölgələrinə nisbətən daha yumşaq olduğundan özlərini təhlükəsiz hiss etmədikdə bu bölgələrini qorumağa çalışırlar. Pişiklər rahat və güvəndə olduqlarından isə yuvarlanaraq qarınlarını göstərirlər. 

 

 

Pişiklər sevgilərini necə göstərir

 

Özünü təmizləyirsə

Pişiklərin sadəcə öz təmizliklərinə görə təmizləndiklərini və yalandıqlarını düşünürsünüzsə, səhv edirsiz. Pişiklər həm özlərini stressdən, həm də eyni mühitdə olduqları insanlar ilə əlaqələrini gücləndrimək üçün özlərini yalayırlar. Əgər pişiyiniz sizin yanınızda heç çəkinmədən özünü yalayırsa, sizi ailədən biri kimi görür deməkdir.

 

 

Pişiklər sevgilərini necə göstərir

 

Daima yanınızda olması

Pişiyiniz sizi otaqdan otağa təqib edirsə, yatdığınız otaqda yatırsa, sizinlə maraqlanır və sizinlə vaxt keçirmək istəyir deməkdir.

19 fevral 2020
GO BACK