1. Qırmızı
Qırmızı rəng iştah açır. "Fast Food" restoran və firmalarının çoxunun loqosunda qırmızı rəngdən istifadə olunur. Qırmızı rəngə üstnülük verilməsinin səbəbi diqqət çəkmək istəyidir. Qırmızı rəng düşünmədən və həyəcanla hərəkət etmə istəyi oyadır.
2. Narıncı
Qırmızı kimi, narıncı rəng də enerji, həyəcan rəngidir. Sakitləşdirən təsiri olan narıncı rəng, stressi azaldaraq daha çox yemək istəyinə səbəb olur.
3. Sarı
Sarı rəng, serotonin hormonunu (xoşbəxtlik hormonu) dəstəkləyir. Beləliklə, insanlar daha xoşbəxt, rahat və vecsiz hiss etdikləri üçün daha çox yeyirlər.
4. Mavi
Mavi, hüzurun rəngidir. Hüzur və rahatlıq rəngi olmasına baxmayaraq, iştah azaldıcı təsiri var. Arıqlamaq istəyənlər mavi rəngli boşqablarda yeməyə üstünlük verə bilər.
5. Yaşıl
Yaşıl rəng qidalanma bağlı həmişə sağlamlığl təmsil edir. Bunun səbəbi yaşıl rəngin göyərtilərin və tərəvəzlərin rəngi olması ilə bağlıdır. Restoranların bir çoxunda sağlam qidanı vurğulamaq üçün yaşıl rənglərdən istifadə edilir. Yaşıl rəngin yemək istəyini artırma xüsusiyyəti yoxdur. Həzmi asanlaşdırır.