1.Güzgüsüz pomada çəkmək
Formalı çəkməyə çalışmadan pomada ilə dodaqlarının üzərindən apar. Sonra bir neçə saniyəlik dodaqlarını bir-birinə bərk sıx - pomada özü dodaqlarına bərabər çəkilmiş olacaq.
2. Kompliment qəbul etmək
Sakit və əlavə emosiyalarsız. Çalış ki, kompliment söyləyən adama təşəkkürlər yağdırmaya və "Sadəcə, burada işıq yaxşı düşüb" tipli cümlələrlə təvazökarlığını nümayiş etdirməyəsən.
3. İşin çox olduğu bir vaxtda şefinə xəstələndiyini xəbər vermək
Vicdan əzabını unut - sən doğrudan da özünü çox pis hiss edir və işə çıxa bilmirsən. Sənə nə olduğunu şefə başa sal və həkimin nə vaxta səni ayaqüstə qoyacağını bildir. Xatırlat ki, nə məsləhət lazım olsa, sənə istənilən vaxt zəng edə bilərlər.
4. Lazımlı ünvan və telefonları tapmaq
Yaxşı telefon sorğu kitabı və ya onun elektron versiyasını al. Böyük çətinliklə əldə etdiyin telefon nömrələrini heç vaxt atma. Təcrübə göstərir ki, onlar nə vaxtsa yenidən lazım olacaq.
5. Kompüterdə, o cümlədən də İnternetdə işləmək
Savadlı insanları qıcıqlandıran bu tipli suallar vermə: "Mətni necə yadda saxlayım"? və ya "Rambler nədir"? İki axşamını sənə həsr edəcək kompüter bilicisi dostun nə lazımdırsa sənə öyrədə bilər.
6. Başqalarından gözünün altındakı göyərtini gizlətmək
Korrektəedici karandaş və tonal krem çək. Kirşan çəkən zaman isə gözətrafından uzaq dur. Kirşan gözün altındakı dairələri yalnız büruzə verəcək.
7. Sızanaqlardan canını qurtar
Bir dəfəyə 2-3 dənədən çox olmayaraq. Əgər bütün üzünü sızanaqlar örtübsə, onda dermatoloqa müraciət elə. Tək-tüklərlə isə belə başa çıxmaq olar: üzü sabunla yu, sızanağı isti suda saxlayandan sonra soyumasını gözlə və iynə ilə üzərinə səliqəli bas, içindəkini çıxart. Bu yeri mütləq spirtli losyonla sil.
8. Musiqi ilə hərəkət etmək
Evdə məşq elə. Yüksək səsli rəqsi hamının ifa etdiyi yerdə özünü suda balıq kimi saymaq üçün cəmi bir neçə hərəkəti öyrənmək kifayətdir.
9. Bir-iki şəxsi markalı yemək hazırlamaq
Yaxşı kulinariya kitabını götür və xoşuna gələn reseptləri seç (amma çətinlərini yox), onlara maraqlı adlar fikirləş və bir-iki inqridient artıraraq, özününküləşdir.
10. "Düzgün" içmək
Yaxşı olar ki,heç içməyəsən. Əgər içirsənsə, bir dəfəyə nə qədər alkoqollu içki içə biləcəyini müəyyənləşdir. Öz normandan artıq içməməyi öyrən. Alkoqollu şənlikdən sonra 3 stəkan su iç ki, sabah özünü pis hiss etməyəsən.
11. Əlində balaca uşaqları saxlamaq
Burda iki yol var. Birincisi, uşağı özündən məsafədə saxlamağa cəhd göstərmə; uşaqları qucağa alanda həmişə özünə sıxırlar. İkincisi, lap balaca uşaqların başını da saxlamaq lazımdır, çünki özləri bunu bacarmır.
12. İşə düzələn zaman yüksək maaş istəmək
Belə söhbətə hazırlaşmaq lazımdır. Əmək bazarında öz ixtisasın üzrə qiymətləri öyrən və orta əmək haqqı müəyyənləşdir. Əgər sənə aşağı maaş təklif edirlərsə, bu rəqəmə istinad edərək de: "Mən sizdə işləməyi çox istəsəm də, orta bazar qiymətlərindən aşağı maaşa razılaşa bilmərəm".
13. Kişi ilə ayrılmaq
Ayrılığın səbəbini öz üzərinə qoymağa çalışma, yoxsa bu söhbət uzana bilər. Yalnız özün haqqında danış: "Yəqin, mən hələ belə münasibətlərə hazır deyiləm" və ya "Mən fikirləşirəm ki, biz xoşbəxt olmayacağıq". Məhəbbət münasibətlərinizə nöqtə qoy, amma dost olaraq qalmağı təklif elə.
14. Eyni saç kəsimi ilə evdə azı iki saç düzümü etməyi bacarmaq
Saçını kəsdirən zaman ustaya hansı saç düzümü variantlarını sənə təklif etdiyi barədə soruş.
15. Geyim, ayaqqabı və alt paltarı ölçülərindən başı çıxmaq
Yaxşı mağazada heç nə almasan belə, satıcı həmişə sənin ölçülərini ölçüb, onları deməyə hazırdır. Elə həmin mağazada, yəqin ki, bizim ölçülərlə xarici ölçülərin analoqunu olan cədvəli də tapa bilərsən. Öz yaddaşına güvənmə, ölçülərin haqqında məlumatları yaddaş kitabçasına köçür.
16. Pul yığmaq
Nəyəsə pul yığmasan da, həmişə müəyyən məbləğdə pul rezervin olmalıdır. Belə özünü daha müstəqil hiss edəcəksən.
17. Sevgilinə masaj etmək
Sadəcə olaraq onun özünü rahat hiss etməsi üçün. Ondan xahiş et ki, soyunaraq uzansın, sənsə əlinə bir az yağ çəkərək onun belinə otur. Kürəklərdən başla və əllərinlə dairəvi hərəkətlər elə. Yavaş-yavaş daha böyük dairələr edə-edə, ağırlığı bir az artır və kürəkdən aşağı doğru en. Bir ritmlə "işləməyə" çalış və tələsmə.
18. Gül çələngini uzun müddət təravətli saxlamaq
Yanında güllər o dəqiqə solan qız dəhşətli görünür. Qızılgüllərin ucunu bir neçə dəqiqə qaynar suda saxlasan, onlar müəyyən müddət çox yaşayacaq. Və istənilən güllərin ucunu dioqanal üzrə iti bıçaqla kəssən, bir neçə gün daha təravətli qalacaq.
19. Şəkil üçün poza vermək
Fotoalbomunu vərəqlə və hansı şəkildə, paltarda, üz ifadəsində yaxşı göründüyünü müəyyənləşdir. Növbəti dəfə şəkildə daha yaxşı alınmaq şansın artacaq.
20. Başqasının işini rədd etmək
Uzun və zəhlətökən izahatlar lazım deyil. Sadəcə olaraq bunu etməyəcəyini demək kifayətdir; insanlar, adətən, özləri görməli olduqları işi başqasının görməsi üçün xahiş edəndə bunu başa düşürlər. Amma bütün xahişləri "boynuna minmək" kimi qiymətləndirmə.
21. Dostlarının, tanışlarının və sevgilinin ev heyvanları ilə yola getmək
Əsas qayda: ev heyvanı özü səninlə münasibətə meyl göstərməlidir. Ən pis halda, "İtiniz zəhlətökən olanda" tipli kitab tap və onu öyrən.
22. Dünyada baş verənlərdən xəbərdar olmaq
Gündəlik məlumat alacağın, heç olmazsa, bir informasiya mənbəyi tap; qəzet, sayt, radio və ya teleproqramı müəyyənləşdir. Qoy, bu sənin adətin olsun.
XƏBƏR LENTİ
Acun məhkəməyə müraciət etdi: "Zuhalın verilişi bağlansın"
Qısa saçlar üçün saç yığma modelləri
Bu baharın dəbli ətəkləri
TQDK abituriyentlərə xəbərdarlıq edib
Qiyməli səhər yeməyi (foto resept)
Bakı mağazalarında satış dayandı
Bu ilin son trendi: Topuzlar
8 Martda Bakıda hava necə olacaq?
Dünya çempionumuz çətin vəziyyətdə qalıb
Diz və dirsəklərdəki qaraları yox etmək
Burçin Terzioğlunun FOTOsu hər kəsi təəccübləndirdi
Yaşınızdan tez yaşlandığınızı göstərən 4 işarə
Rusiyada kosmosdan reklam göstərmək üçün lazerlər sınaqdan keçirildi
Qadın boksçumuz ermənini diz çökdürdü
İnternetin qiyməti düşə bilər
2020 SAG mükafatları: Qırmızı Xalça
Artıq çəkilərindən qurtulmuşlar
"Səkkizinci qitə"yə dair yeni dəlillər tapıldı
Sərnişinləri COVID-19 virusundan qoruyan qatar istehsal edilib
Cenifer Lopezin YENİ FOTOLARI
"Neftçi"nin futbolçusu: "Rəqib bunlardan istifadə etdi"
Bakıya duman gəlir
Xətasız düşünmə sənəti (1)
1 günə 20 min qazandı-FOTO/VİDEO
Cennifer Lopes arıqlamaq istəyir - FOTO
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
Havalar soyuyan kimi niyə qaz problemi yaranır?
Qozlu tərəvəz küküsü (foto resept)
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Vaqif Əsədova polkovnik rütbəsi verildi
İlham Əliyev ermənilərin yaraladığı azərbaycanlılarla bağlı göstəriş verib
Çörəkotulu rulet (foto resept)
Dünyanın ən dərin hovuzunu inşa edir-FOTO
Tək nahara 150 min dollar xərcləyən Saşa -FOTO
Kökəlmək istəyən xanımların diqqətinə
Şimal Qütbündə 30 il tənha yaşayan adam - FOTO
Dünyanın möhtəşəm mənzərəli yolları
Həyət evləri üçün dekorasiya nümunələri
Müasir qadın modeli
Qış üçün tədarükünüzü indidən edin!
Geyim kombinləri
Obamanın ayrı qala bilmədiyi stəkanı
"Deyirlər məhəbbət xariqələr yaradır..."
Seyfi Güney və Osman Delicenin küçə sənəti
Kişinin qanı süd kimi ağardı-SƏBƏB
Bakının ən böyük yolkası harda qurulur?
Koronavirusa yoluxan rus müğənni komaya düşdü
Ağladan 20 film
Orucun qəbul olduğunu göstərən hallar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
- ŞƏRHLƏR