Kişilər:
-Sinədə və qasıqda tük örtüyü;
-Bədənin digər hissələrində qalın tük örtüyü;
-Üzdə qalın tük örtüyü;
-Döş qəfəsi və çiyinlərin enli olması;
-Sümüklərin və kəllənin strukturunun nisbətən ağır olması;
-Əzələ çəkisinin və fiziki gücün böyük olması;
-Boğaz nahiyəsində seçilən adəm alması və aşağı səs tembri;
-Piy ehtiyatlarının əsasən qarın və bel nahiyəsində toplanması (alma forması);
-Dərinin nisbətən kobud olması;
-Girdə, funksiyaya başlayan döş vəziləri;
-Boyun kişilərə nisbətən kiçik olması;
-Budların çiyinlərə nisbətən daha enli olması;
-Üz nahiyəsində az miqdarda tük örtüyü;
-Dərialtı piy təbəqəsinin daha qalın olması;
-Piy ehtiyatlarının sağrı və bud nahiyəsində daha çox olması (armud forması);
-Dərinin daha zərif olması;
Cinsi yetkinlik mərhələsini hər bir insan keçir. Bu mərhələdə eyni zamanda diskomfort, tənhalıq, ağırlıq (lənglik) hissiyyatı yaranır. Bu dövrdə insan öz orqanizmini, onun necə fəaliyyət göstərməsini başa düşməyə başlayır. Bu həm də elə əlverişli mərhələdir ki, valideynlərinizə onların bu dövrdə qazandıqları təcrübə haqqında suallar verə bilərsiniz. Həmçinin bu mərhələdə valideynlərinizə utanaraq verə bilmədiyiniz suallarla həkimə həkimə müraciət edə bilərsiniz.
Aşağıda qızlarda və oğlanlarda cinsi yetkinlik dövrünün səciyyəvi xüsusiyyətləri haqqında məlumat verilmişdir.
Oğlanlarda cinsi yetkinlik
Cinsi yetkinlik hansı yaşda başlayır?
Oğlanlarda cinsi yetkinlik 11-12 (qızlardan bir il gec), bəzən isə 10-14 yaşlarında başlayır. Oğlanlarda cinsi yetkinliyin ilk əlaməti xayaların böyüməsi, xaya kisəsinin nazikləşməsi və tündləşməsidir (qaralması). Sonra isə cinsiyyət üzvünün böyüməsi, qasıq, qoltuq və üz nahiyələrinin tüklənməsi başlayır.
Oğlanlarda cinsi yetkinlik dövründə daha hansı dəyişikliklər qeyd edilir?
Cinsi yetkinlik fonunda sümük, əzələ, reproduktiv və digər sistemlərdə dəyişikliklər başlayır, həmçinin:
Səsin dəyişməsi
Cinsi yetkinlik dövrünə xas olan əlamətlərdən biri də səsin dəyişilməsidir. Qırtlağın genişlənməsi, onun əzələlərinin və səs tellərinin inkişaf etməsi səsin dəyişməsinə gətirib çıxarır. Bu səciyyəvi əlamətdir. Nəticədə səsin tembri daha aşağı olub, kişi səsinə çevrilir.
İslaq (nəm) yuxular
Cinsi yetkinlik dövründə siz mələfənizin nəm olduğunu müşahidə edə bilərsiniz. Bu islaq (nəm) yuxu və ya polyusiyadır ki, bu da yuxuda baş verən eyakulyasiya ilə əlaqədardır. İslaq yuxular heç də həmişə seksual xarakterdə yuxular zamanı qeyd olunmur. İslaq (nəm) yuxular cinsi yetkinlik dövründə oğlanlar üçün normal əlamət sayılır və cinsi yetkinlik prosesinin bir hissəsidir. Bu əlamət necə başlayırsa, eləcə də başa çatır, bu prosesə müdaxilə edilməməlidir.
Qeyri-ixtiyari ereksiya
Oğlanlarda cinsi yetkinlik zamanı qeyri-ixtiyari, spontan ereksiya baş verir. Ereksiya cinsiyyət üzvünün böyüməsi və bərkiməsidir. Ereksiya cinsiyyət orqanına toxunmadan və seksual fantaziyalar düşünmədən baş verir. Bu gözlənilməz ereksiyalar ictimai yerlərdə (məktəb) baş verdikdə çaşqınlıq baş verə bilər. Belə hallar normal sayılır və vaxt keçdikcə az-az rast gəlir. Bu gözlənilməz vəziyyətdən çıxmaq üçün geniş şalvar geymək lazımdır ki, qeyri-ixtiyari ereksiyanı gizlətmək mümkün olsun.
Döşlərin böyüməsi
Cinsi yetkinlik dövründə oğlanların çoxunda döş vəziləri böyüməyə başlayır. Belə təsəvvür yaranır ki, döş giləsinin altında şişkinlik əmələ gəlmişdir. Döş vəzi çox həssas və hətta ağrılı ola bilər. Bir neçə aydan sonra bu şişkinlik çəkilir. Oğlanlarda həqiqi döş vəziləri inkişaf etmir. Bu vəziyyət ginekomastiya adlanır, hormonal dəyişikliklər nəticəsində əmələ gəlir və cinsi yetkinlik dövrü üçün səciyyəvidir.
Dəri
Sizin dəriniz daha yağlı və tərli ola bilər. Bu piy və tər vəzilərinin funksiyasının artması ilə əlaqədardır. Hər gün duş qəbul edin, dezodorant və antiperspirantlardan istifadə edin. Yeniyetmələrin demək olar ki, hamısında civzələr (akne) əmələ gəlir. Qızlarda da eyni hallar baş verir.
Bədən quruluşu
Cinsi yetkinlik dövründə boyun artma tempi çox yüksək olur və cinsi yetkinləşmə prosesi başlandıqdan 2 il sonra ən yüksək həddə (pik) çatır. Əllər, ayaqlar, qollar, pəncələr bədənin digər hissələrinə nisbətən daha sürətlə böyüyür. Bədənin digər hissələri tam inkişaf edənədək siz özünüzü narahat hiss edirsiniz. Oğlanların və qızların uşaq yaşlarında boyu təxminən eyni olsa da cinsi yetkinlik başladıqdan sonra vəziyyət dəyişir. Yuxarı siniflərdə qızlar oğlanlardan daha hündür olsalar da vaxt keçdikcə oğlanlar onları ötür, onların bədən quruluşu dəyişir, əzələ toxuması inkişaf edir, çiyinləri genişlənir.
Qızlarda cinsi yetkinlik
Qızlarda cinsi yetkinlik hansı yaşlarda başlayır?
Qızlarda cinsi yetkinlik orta hesabla 10 yaşında başlayır, lakin onun əlamətləri 8-13 yaşlar arasında da meydana çıxa bilər. Adətən qızlarda cinsi yetkinlik prosesi oğlanlara nisbətən tez başlayır. Buna görə də qızlar oğlanlara nisbətən hündür olur və özlərini daha yetkin aparırlar. Müəyyən vaxtdan sonra oğlanlar onları ötüb keçir.
Cinsi yetkinlik dövründə qızların orqanizmində baş verən bəzi dəyişikliklər:
Döş vəzilərinin inkişafı
Döş vəzilərinin inkişafı qızlarda cinsi yetkinliyin ilk əlamətidir. Adətən döş vəzilərinin inkişafı bir və ya hər iki döşün giləsinin altında bərkimə - şişkinliklə başlayır və sonrakı illər ərzində döş vəziləri daha da böyüyür. Döş vəziləri bir-birindən fərqlənə, başqa sözlə biri digərindən daha tez inkişaf edə bilər. Həmçinin bir gilənin altında şişkinlik gördükdə siz bunu anormal hal və sağlamlıqla bağlı ciddi problem kimi qiymətləndirə bilərsiniz. Lakin narahatlığa heç bir səbəb yoxdur. Bəzi hallarda döş vəziləri tez böyüyən qızlar utanır və özlərini narahat hiss edirlər. Belə hallarda daha geniş paltar və ya büsthalter (qadın alt geyimi) geymək daha məqsədəuyğundur.
Cinsi tüklənmə
Adətən qızlarda yuxarı dodaq və ətraflarda incə tüklənmə qeyd edilir. Bu nahiyələrdə tüklənmə oğlanlarda da qeyd olunur. Cinsi yetkinlik dövründə oğlanlarda tük örtüyü qızlara nisbətən daha gözəçarpan olur.
Qızlarda cinsi tüklənmə qasıq və qoltuqaltı nahiyələrdə əmələ gələn tüklənməyə deyilir. İncə, tək-tək tüklər əvvəl qasıq, sonra isə qoltuqaltı nahiyədə əmələ gəlir. Sonradan bu tüklənmə daha intensivləşir və göstərilən nahiyələri tamam örtür.
Bir sıra hallarda qasıq nahiyəsində tüklənmə döş vəzilərinin inkişafını qabaqlayır. Bu hal fərdidir və normal sayılır.
Bədənin quruluşu
Cinsi yetkinlik dövründə boyun artma tempi çox yüksək olur və cinsi yetkinləşmə prosesi başlandıqdan iki il sonra zirvəyə çatır. Əllər, qollar, ayaqlar və pəncələr bədənin digər orqanlarına nisbətən daha sürətlə inkişaf edir. Bədənin bütün hissələrinin böyüməsi mütənasib olmayana qədər siz özünüzü narahat hiss edirsiniz. Oğlanların və qızların uşaq yaşlarında boylarının təxminən eyni olmasına baxmayaraq cinsi yetkinlik dövründə vəziyyət dəyişir. Yuxarı siniflərdə qızların bədənlərinin quruluşu dəyişir, budlar nəzərəçarpacaq dərəcədə böyüyür, piy toxuması əsasən sağrı və bud nahiyələrinə toplanır.
İlk aybaşı (menarxe) adətən 9-16 yaşlar arasında, yəni cinsi yetkinliyin başlamasından 2.5 il sonra başlayır. Orta hesabla ilk menzis (aybaşı) 12-13 yaşlarında başlayır.
Narahat edən suallar:
Cinsi yetkinlik ya çox tez, ya da çox gec başlayır. Bu orqanizmin fərdi xüsusiyyətidir ki, bunun da müəyyən variantları vardır. Vaxtından əvvəl cinsi inkişaf 8 yaşlı qızlarda və 10 yaşlı oğlanlarda ikincili cinsi əlamətlərin əmələ gəlməsidir. Cinsi yetkinliyin gecikməsi isə 14 yaşlı qızlarda (aybaşı 16 yaşda) və 15 yaşlı oğlanlarda ikincili cinsi əlamətlərin olmaması və yaxud ikincili cinsi əlamətlərin natamam inkişaf etməsidir. Cinsi inkişafın vaxtından əvvəl başlaması və ya onun gecikməsi patologiya sayılır. Belə hallarda vaxtında həkimə müraciət etmək lazımdır. Hər halda cinsi yetkinlik yaşında nə baş verəcəyi haqqında düşünür və bəzən hətta narahat olursunuz.
Məsələni daha asan başa düşmək üçün aşağıda qızlarda və oğlanlarda yetkinlik dövrünün 5-mərhələli modelini diqqətinizə çatdırırıq. Bu modelə əsasən siz inkişafın hansı mərhələsində olduğunuzu asanlıqla müəyyən edə bilərsiniz.
Cinsi inkişafın başlanğıcı sizin irsiyyətinizdən asılıdır: yəni cinsi inkişafı siz yəqin ki valideynləriniz kimi keçəcəksiniz.
Yadda saxlayın! Əgər sizdə hər hansı bir səbəbdən cinsi inkişaf normaya uyğun gəlmirsə, həkimə müraciət edin.
Sizi narahat edən suallara cavab həmçinin təcrübəli məsləhətçidən və ya həkimdən almaq olar.
1. Normal yaş həddi: 9-12, orta hesabla: 10
Kişi hormonu olan testosteronun yaranması başlayır, lakin ikincili cinsi əlamətlər müşahidə edilmir. Xayalar yetkinləşir və sürətli böyümə dövrü başlayır.
2. Normal yaş həddi: 9-15, orta hesabla: 12-13
Xayalar və xaya kisəsi inkişaf etməyə başlayır, lakin cinsiyyət üzvünün ölçüləri praktiki olaraq dəyişmir. Qasıq nahiyəsində incə tük örtüyü əmələ gəlir. Bu dövrdə oğlanlar intensiv böyüyür, onların bədənlərinin quruluşu dəyişir.
3. Normal yaş həddi: 11-16, orta hesabla: 13-14
Cinsiyyət orqanı uzununa inkişaf edir, eninə isə nisbətən az böyüyür. Xayalar və xaya kisəsi böyüməkdə davam edir. Qasıq nahiyəsində olan tüklər tündləşir,qalınlaşır və ayaqlara doğru yayılmağa başlayır. Boy sürətlə artır, bədənin və üzün cizgiləri dəyişir. Səs qalınlaşır. Anus ətrafında tüklər əmələ gəlir.
4. Normal yaş həddi: 11-17, orta hesabla: 14-15
Cinsiyyət orqanı eninə böyüyür. Xaya və xaya kisəsi böyüməkdə davam edir. Qasıq nahiyəsində tüklərin inkişaf dərəcəsi yaşlı insanlarda olan səviyyəyə çatır, lakin az səthi əhatə edir. Əksər oğlanlarda ilk eyakulyasiya baş verir. Qoltuqaltı nahiyədə, üzdə tüklənmə əmələ gəlir, səs qalınlaşır, dəri isə yağlı olur.
5. Normal yaş həddi: 14-18, orta hesabla: 16
Bədən quruluşu yaşlı insanın bədən quruluşuna uyğun gəlir. Qasıq nahiyəsində olan tüklənmə və cinsiyyət orqanlarının böyüməsi başa çatır. Üz tam tüklənir və artıq qırxıla bilər.
Bəziləri hətta 18-22 yaşlar arasında da inkişaf edir. Onların bədənində, xüsusən sinədə tük örtüyü daha da intensivləşir.
Cinsi yetkinliyin 5 mərhələsi - qızlar
1. Normal yaş həddi: 8-11. Orta hesabla 10
İlkin mərhələdə cinsi inkişafın heç bir xarici əlaməti müşahidə edilmir, lakin yumurtalıqlar böyüməyə və hormon (estrogen) hasil etməyə başlayır.
2. Normal yaş həddi: 8-14. Orta hesabla: 11-12
Adətən cinsi yetkinliyin ilk əlaməti döş vəzilərinin inkişafıdır. Qızlar boy və çəkidə xeyli artıma nail olur. Qasıq nahiyəsində ilk incə və nazik tüklənmə əmələ gəlir.
3. Normal yaş həddi: 9-15. Orta hesabla: 12-13
Döş vəzilərinin inkişafı davam edir, qasıq nahiyəsində tüklər qalınlaşır və tündləşir, lakin hələlik onlar seyrəkdir və azdır. Bədən böyüməkdə davam edir, uşaqlıq yolu genişlənir, şəffaf və ya ağ möhtəviyyat ifraz oluna bilər ki, bu da normal prosesdir. Bəzi qızlarda bu mərhələdə ilk aybaşı (menarxe) tsikli başlayır.
4. Normal yaş həddi: 10-16. Orta hesabla: 13-14
Qasıq nahiyəsində tüklənmə artaraq üçkünc forma alır, lakin bütün nahiyəni örtməmişdir. Qoltuqaltı nahiyədə də tüklənmə əmələ gəlir. Bu mərhələdə aybaşı müntəzəm olmaya bilər. Bəzi qızlarda ovulyasiya (yumurta hüceyrəsinin yumurtalıqdan çıxması) prosesi baş versə də, 5-ci mərhələyə qədər qeyri-müntəzəm xarakter daşıyır.
5. Normal yaş həddi: 12-19. Orta hesabla: 15
Bu cinsi inkişafın sonuncu mərhələsidir. Bu mərhələdə qızlar artıq yetkinləşir. Döş vəzilərinin inkişafı, qasıq nahiyəsində tüklənmə başa çatır, boy son səviyyəyə çatır. Menstruasiya və ovulyasiya müntəzəm xarakter daşıyır.
Menstruasiya (aybaşı)
Aybaşı - hər ay uşaqlıq yolundan axan, qandan və uşaqlığın ayrılmış daxili qişasından ibarət olan möhtəviyyatdır. Aybaşı qadının reproduktiv tsiklinin tərkib hissəsidir. Tipik aybaşı tsikli 28-30 gün davam edir, lakin bu 22-35 gün arasında dəyişə bilər.
Aybaşı adətən 11-13 yaşlarında başlayır, lakin bir sıra hallarda 8-16 yaşlarında da başlana bilər. İlk aybaşı menarxe adlanır. Menarxe adətən cinsi inkişafın 4-cü mərhələsində, bəzən 3-cü mərhələnin sonunda da başlaya bilər. Bu müntəzəm aybaşı olmasa da, onun əlamətləri özünü göstərir.
Yuxarıdakı rəhbərlikdən istifadə etməklə cinsi yetkinliyin dövrünü təyin edin. Siz təxminən aybaşının başlama vaxtını da təyin edə bilərsiniz (5 mərhələli modelə bax).
Aybaşı necə başlayır?
Cinsi yetişkənliyin başlanmasından menarxenin başlanmasına qədər orta hesabla 2.5 il vaxt keçir. Aybaşının başlanmasına bir neçə ay qalmış uşaqlıq yolundan möhtəviyyat ifraz oluna bilər. Bu möhtəviyyat müxtəlif qatılıqda (konsistensiya), şəffaf və ya ağ ola bilər. Bu proses fizioloji leykoreya adlanır və normal hal sayılır. İlk aybaşı zamanı bəzən ifrazat çox az olaraq, bir neçə qan damlasından ibarət olur. Bəzi qızlarda aybaşı tsikli başlanğıcdan müntəzəm (hər ay) olur, bəzilərində isə müntəzəm olmur. Məsələn: bir halda 2 aydan bir, digər halda isə ayda 2 dəfə ola bilər. Menstrual tsiklin birinci ilində bu qeyri-müntəzəmlik həyəcan doğurmamalıdır, belə ki bu, tam normal haldır, yəni bu prosesin tənzimlənməsi üçün vaxt tələb olunur.
Aybaşı başlandıqda bu tsiklin müntəzəm olmasını təyin etmək üçün təqvimdən istifadə etmək daha faydalıdır. Bu aybaşı dövrünün qeydiyyatını aparmağa və növbəti aybaşının başlanğıcını təyin etməyə imkan verir.
Aybaşını müşayiət edən digər simptomlar:
1. Qarın boşluğunun aşağı nahiyəsində sancılar (spazmalar) (dismenoreya) - bu adətən normal haldır.
2. Əgər bu sancılar güclənərsə və ya digər xüsusiyyət kəsb edərsə, həkimə müraciət edin.
Digər simptomlar:
-Köpmə;
-Baş ağrısı;
-Yorğunluq;
-Əhval-ruhiyyənin dəyişməsi;
-İştahanın artması.
Aybaşı sancılarını necə yüngülləşdirmək olar?
-Ağrıkəsici preparatlar (ibuprofen, nimesil və s.)
-İstirahət / Meditasiya;
-Duzlu, şirin qidalardan və kofeindən istifadə azaldılmalıdır.
Menstruasiya: hansı hallarda narahatlıq keçirmək lazımdır?
Əgər aşağıdakılar baş verərsə, həkimə müraciət etmək vacibdir:
-Aybaşı zamanı ifrazat əvvəlkindən daha çoxdur;
-Aybaşı bir həftədən artıq davam etdikdə;
-Aybaşı tsikli pozulmuşdur - arada gecikir, yaxud tam dayanır (menstrual tsikl müntəzəm xarakter aldıqdan sonra);
-Aybaşılar arası qanaxma;
Akne - Civzələr (sızanaqlar)
Acne Vulgaris yeniyetmələr arasında ən çox yayılmış problemlərdən biridir, qızlara nisbətən oğlanlarda daha çox rast gəlir. Civzələr 9-17 yaşlar üçün daha səciyyəvi olmasına baxmayaraq bu problem yetkin yaşlarda da rast gəlir. Civzələrin kəskin formasından sonra çapıqlar qalır ki bu da xüsusilə yeniyetmələrdə psixoloji gərginliyə səbəb olur.
Civzələri nə törədir?
Civzələr dəridə olan piy vəziləri ilə bağlı problemdir. Onların normal fəaliyyəti nəticəsində ifraz edilən sekret dərini qidalandırır (yağlayır) və mühafizə edir. Cinsi yetkinliyin başlaması ilə əlaqədar orqanizmdə çoxlu miqdarda hormonlar hasil olunur ki, bunların da bir neçəsi piy vəzilərinin sekretinin artmasını stimulyasiya edir və bu da vəzilərin məsamələrinin tutulmasına və burada bağlı (ağ) civzələrin əmələ gəlməsinə səbəb olur.
Piy vəzilərinin genişlənməsi nəticəsində açıq (qara) civzələr yaranır ki, bunlar da tünd substansiya (maddə) ilə dolur. Əgər bakteriyalar (əksər hallarda dəridə olan) bu civzələrin içərisinə keçərsə, iltihabi proses inkişaf edir. Kəskin hallarda civzələr çox böyüyür və nodulosistə çevrilir.
Akneyə meylliliyin irsi olması zənn edilsə də onun dəqiq irsi modeli təyin edilməmişdir.
Civzəyə qidalanma və ya stress təsir edirmi?
Civzələrin qidalanmadan asılı olması haqqında çoxlu uydurmalar mövcuddur. Bu uydurmalar şokolad, koka-kola, süd, dondurma, yağlı yemək və dəniz ərzaqlarının civzələri meydana çıxarmaması və onları kəskinləşdirməməsini təsdiq edən tədqiqatlar nəticəsində alt-üst edildi. Emosional stress, xüsusən qızlarda, civzələrə mənfi təsir göstərir, lakin bunun dəqiq səbəbi hələlik aşkar edilməmişdir.
Civzələr bədənin hansı hissələrində əmələ gəlir?
Akne - piy vəziləri ilə bağlı problem olduğundan bu vəzilərin çox olduğu yerlərdə - üz nahiyəsi, boyun, sinə nahiyəsində əmələ gəlir.
Civzələr nədən sonra kəskinləşir?
Dərinin tez-tez kəmər, korset, çiyinaltlığı, büsthalter (qadın alt geyimi) və s. ilə sıxılması, sürtülməsi civzələrin kəskinləşməsinə səbəb olur.
Civzələri necə müalicə etmək olar?
Müalicənin növü və konkret forması (losyon, gel, məlhəm, həblər) prosesin ağırlığından asılıdır: burada yerli müalicə (retinoidlərlə, benzoil peroksidlə) yaxud daha ciddi müalicə (antibiotiklərlə, izoretinoinlə) aparıla bilər. Bununla belə Acne Vulgaris yeniyetmə üçün stress mənbəyidirsə, formasından asılı olmayaraq çox ciddi qəbul edilərək müalicə olunmalıdır.
Civzələrdən qurtulmaq üçün məsləhətlər:
Edin:
-Üzünüzü gündə iki dəfə xüsusi yumşaq sabunla ehtiyatla yuyun;
-Üzünüzdə olan təri həmişə silin;
-Tərkibində yağ olmayan kosmetik vasitələrdən istifadə edin;
-Balıq, meyvə və tərəvəzlə zəngin olan qidaları qəbul edin. Bu sizin dərinizin yağlanmasının azalmasına kömək edəcəkdir.
Etməyin:
-Üzü süngər ilə sürtməyin;
-Civzələri (sızanaqları) sıxmaq olmaz, onlardan sonra çapıq qala bilər;
-Dərini sürtən dar paltar geyinməyin.
Əhval-ruhiyyənin dəyişməsi
Bəzən cinsi yetkinlik dövründə yaranan hormonlar əhval-ruhiyyənizin dəyişməsinə səbəb ola bilər. Məsələn: adi hallarda həyəcanlanmaq, peşmançılıq və s. Bunlar normal hal sayılmalıdır və bu zaman öz hisslərinizi etibar etdiyiniz bir insan ilə bölüşün. Hər bir insan cinsi yetkinlik dövrünü yaşayır. Sizə yaxın olan yaşlı bir şəxs hisslərinizi qaydaya salmaqda sizə kömək edə bilər. Sizdə yaranan sualları valideynlərinizə vermək istəmirsinizsə, həkimə müraciət edə bilərsiniz.
Sağlamlığınızda və ya əhvalınızda hər hansı problemlə (həddən artıq utancaqlıq, depressiya, kədər və ya intihar hissi) üzləşsəniz, təcrübəli həmyaşıdlarınıza və ya həkimə müraciət edin.
Həmyaşıdların təsiri
Həmyaşıdların əhatəsində olmaq sizə zövq verir, lakin siz dostlarınızın etdiyini etmək istəmədikdə nə etməli?
Əksər yeniyetmələr dostlarının müsbət təsirini qiymətləndirirlər. Bu o vaxt yaxşı qəbul edilir ki, insanlar başqalarının nə isə yeni bir addım atmağa ruhlandırırlar. Dost səni təbil çalmağı öyrənməyə, basketbol komandasında oynamağa və sənin xoşuna gələn qızla görüşə getməyə sövq edə bilər.
Dost həmçinin sizə mənfi təsir edə bilər, ailənizin adət-ənənəsini pozmağa, kobud rəftar etməyə, hazır olmadığınız halda cinsi əlaqədə olmağa təhrik edə bilər.
Bunun öhdəsindən necə gəlmək olar?
Əvvəl-axır siz belə bir vəziyyətə düşə bilərsiniz ki, sizə yaxın bir insan deyəcək: "Gəlin! Biz hamımız bunu edək!" Fikirləşin, nə etmək olar ki cavabınız sizi arzuolunmaz hərəkətlərdən qorusun və təəssüf hissi keçirməkdən qurtula biləsiniz.
Birinci növbədə təsəvvür edin ki, siz nə etmək lazım olduğunu tələb edən inamlı bir lidersiniz. Siz bir sıra hallara (başqalarını təhqir etmək, seks, alkoqol, oğurluq, narkotiklər və s.) necə münasibət bəslədiyinizi bildirin. Dəqiq, səmimi inkar çox inandırıcıdır. Nəzərə alın ki, sizin aranızda elələri vardır ki, qəbuledilməz hərəkətlərdən imtina etməkdə onlara kömək edə biləcək bir liderin axtarışındadır. Məhz siz belə bir lider ola bilərsiniz.
Dostlara qarşı etiraz etmək o qədər də sadə məsələ deyil.
-Deyin ki, sizin başqa bir işiniz var: "Bacarmıram. Sabah imtahan verməliyəm. Hazırlaşmalıyam."
-Dostlarınız sizin şərəfli olduğunuzu valideynlərinizə pis vərdişlərdən (alkoqol, oğurluq) uzaq olacağınızı vəd etdiyinizi və vədinizə sadiq qalacağınızı dərk etsinlər.
-Sizinlə həmfikir olan bir yoldaş tapın. Siz tək olmasanız, çoxluqla mübarizə aparmaq daha asandır.
-Etmək istəmədiyiniz hərəkəti etdikdən sonra özünüzü necə hiss edəcəyiniz barədə düşünün. Təəssüf hissi yaxşı hisslərdən sayılmır.
-İnandığınız adamla söhbət edin. Böyük qardaşınız, bacınız, valideynləriniz sizin yaşınızda belə problemlərlə üzləşmişdirlərsə və onlar sizə vəziyyətdən çıxmaq üçün xeyirli məsləhət verə bilərlərsə, bu bir şansdır.
-Dostlarınıza "Yox" dedikdə özünüzü sərbəst aparın, hirslənməyin və onları qınamayın.
Bu nə üçün belə çətindir?
Dostlarınız sizə təsir göstərir. Hansısa bir qrupa daxil olmaq və onların səni istəməsini hiss etmək çox yaxşıdır. Bundan başqa dostlarla yaxşı əylənmək olar. Kim bundan imtina edər?
Bəzi keyfiyyətlər qrupla qarşıdurmanı çətinləşdirir:
-Özünəinamın çatışmazlığı sizə öz mövqeyinizi qəti şəkildə bildirməyə mane olur;
-Həyatınızda dostlarınızla ünsiyyətdən başqa maraqlı bir şey yoxdursa, onların mövqeyi sizin üçün daha əhəmiyyətlidir;
-Dostlarınızın xoşuna gəlməyinizə əmin olmağınız sizi onların xoşuna gələ biləcək hərəkətlərə sövq edir - bu, beyninizdən və cinsi orqanlarınızdan bədəninizin digər hissələrinə məlumat göndərilməsi ilə başlayır. Bu məlumat kimyəvi maddələr olan hormonlar vasitəsilə ötürülür.
-Etmək istəmədiyiniz hərəkəti etdikdən sonra.
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)
- ŞƏRHLƏR