Qadin.NET / Peşman olmayan insanların xüsusiyyətləri

Peşman olmayan insanların xüsusiyyətləri

İmam Cavad (ə) buyurur: "Üç şey vardır ki, hər kim ona malik olar, peşman olmaz:

Peşman olmayan insanların xüsusiyyətləri

1. Tələsməkdən çəkinmək.

 

2. İşlərdə məsləhət etmək.

 

3. Bir işin qərarını verən zaman Allaha təvəkkül etmək".

 

Mübarək dinimiz bizə ən yaxşı və ən pis insanları tanıdır.

 

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Həsən Müctəba (ə) buyurur: "İnsanlar dörd dəstədirlər:

Peşman olmayan insanların xüsusiyyətləri

1. O dəstə ki, əxlaqları vardır, ancaq dünyadan (bəhrələri) yoxdur.

 

2. O dəstə ki, dünyadan bəhrələri vardır, ancaq əxlaqları yoxdur.

 

3. O dəstə ki, nə (dünyadan) bəhrələri vardır, nə də əxlaqları. Onlar - ən pis insanlardırlar.

 

4. O dəstə ki, həm əxlaqları vardır və həm də dünyadan bəhrənirlər - onlar ən yaxşı insanlardırlar".

 

Bəs Qiyamət günü Allahın nəzərində olan kəslər kimlərdir?

 

İmam Sadiq (ə) buyurur: "Qiyamət günü 4 nəfər Allahın nəzərində olar:

 

1. O kəs ki, satışdan peşman olan tərəfin, malını qaytarar. (Yəni, satın aldığı maldan peşman olan alıcının malını satıcı geri alar).

 

2. O kəs ki, qəmi qəlbdən aparar.

 

3. O kəs ki, qul azad edər.

 

4. O kəs ki, subayı evləndirər".

 

Milli.Az

20 iyun 2019
GO BACK