Bunun üçün boşalmış göz gölgəsi və ya krem qabları götürülür,təmiz yuyulur və qurudulur.
Evinizdə yoxdursa,kosmetika mağazalarında şəkildəki kimi boş qutular tapmaq mümkündür.
Yeni dodaq boyası hazırlayacağınız zaman lazım olanlar:
1)Salfetka (tökülən boyaları silmək üçün)
2)Dəmir qaşıq
3)Parıltılı göz və ya dodaq zəri
4)Diş təmizləmə çöpü
5)Şam
6)Bıçaq
Hazırlanması:
1-ci addım
Dodaq boyası bıçaqla kəsilir,qaşığa qoyularaq şam üzərində əridilir.Qaşıq şamdan 3-5 sm aralı olmalıdır.Əgər dodaq boyası çoxdankıdırsa və qatıdırsa,ona bir qədər gigiyenik(şəffaf rəngli) dodaq boyasından qatmaq olar.
Parıltılı dodaq boyası istəyirdinizsə,qaşıqdakə ərimiş boyaya zər qatın və diş çöpü ilə qarışdırın.
2-ci addım
Qaşıqdakı ərimiş boyanı səliqəli şəkildə formaya tökürük və quruması üçün 15 dəqiqə gözləyirik.
3-cü addım
Hazırladığımız dodaq boyaları qutusunun üzərinə rənglərini yazaraq qeyd edirik ki,sonra səhv salmayaq.Belə boyalar,daha çox səyahət zamanı işə yarayır.
Uğurlar!
Eləcə də baxa bilərsiniz: