Ranın hekayəsini sizlər üçün dəyərləndirdik. İndi sizləri, bəlkə də, hər kəsin bir gün etmək istədiyi şeyi edərək cəmiyyətdən uzaqlaşan Ra ilə tanış edəcəyik.
Ra Paulette, səbəbi bilinməyərək ətrfındakı insanlarla olan əlaqəsini kəsib, Meksikanın ortasındakı bir çöldə yerləşən mağarada yaşamağa başlayır.
Ancaq düşündüyünüz qədər də tək deyil, çünki mağarada it dostu ilə birlikdə yaşayır və ikisi də vəziyyətlərindən olduqca razıdırlar.
Ra, buradakı zamanını olduqca qəribə bir işlə məşğul olaraq dəyərləndirir və ortaya böyük bir sənət əsəri çıxardır.
Bu məşğuliyyətini insanların ruhi mənliyini fərq etməsinə və hüzurlu olduqlarını hiss etməsinə vasitəci olmaq arzusu ilə etdiyini deyən Ra, sənətkar olduğunu isə qətiyyətlə inkar edir.
Ra, sadəcə maraq duyğusunun istəyi ilə hərəkət edən biri olduğunu söyləyir.
Təxminən 25 ildir burada yaşayan və mağara divarlarında böyük bir incəliklə işləyən Ra, mağaradakı işini tamamilə bitirdikdən sonra sərgiləyir və digər fəaliyyətlər üçün uyğun hala gətirməyi düşünür.
Mağara oymağın bir obsesiya olub olmadığı mövzusunda isə bu cavabı verir: "Bir uşağın oyun oynaması obsesiyadırmı?"