Zeze__cards adı ilə fəaliyyət göstərən gənc xanımın əsl adı Gülər Bayramlıdır.
Ondan niyə özünə belə bir ad götürdüyünü soruşanda "Şeker portakalı" adlı bir əsərdən danışdı və o əsərdəki obrazı bəyəndiyi üçün onun adını öz işində yeni bir ad kimi işlətmək istədiyini dedi.
Demək, Gülər xanım təkcə kağızlardan fiqurlar düzəltmək yolu ilə deyil (Buna kuilinq deyirlər.), müxtəlif cür kartların da düzəldilməsi ilə məşğuldur.
Bundan əlavə o, dizan işləri ilə də ciddi maraqlanırmış.
Maşallah deyək, göz dəyməsin. Azərbaycanlı bir xanımın belə maraq və qabiliyyətinin olmağı gözəl bir şeydir.
Buyurub, işlərə baxıb özünüz də qərar verə bilərsiniz.
Psixoloqların rəyinə görə, belə əl işləri ilə məşğul olmaq insanın əsəblərinin sakitləşməyinə, stressdən uzaqlaşmağına kömək edirmiş.
Əgər siz də fərqli əl işləri ilə məşğul olan istedadlı xanımlarımızdan birini belə olsa tapsanız, mütləq bizimlə paylaşın.
Çünki öz xanımlarımıza özümüz dəyər verməliyik ki, kənardan baxan da xanımların necə böyük qüvvə olduqlarını görə bilsinlər.
Hə, necədir? Nə düşünürdünüz?