Əziz Qadin.Netlilər, bu günkü xəbərimdə sizlərə Salavat Fidainin qələm ucunda hazırladığı möhtəşəm "heykəl"ciklərlə tanış edəcəm.
O Rusiyanın Ufa şəhərində yaşayır.
Əl işlərindən əlavə həmçinin gözəl rəsm əsərləri ilə tanınır.
Ancaq rəssama şöhrəti məhz bu qələm hekyəlciklər bəxş edib.
Onun kolleksiyasında silahlar, binalar, əldən bəzi işarələr və s. məna daşıyan hekyəlciklər yer alır.
Əminəm ki, siz də mənim qədər təəccüb içindəsiniz.
İnanın mənə bu həqiqətdir.
Qələmin orta hissəsindən və ya sonluğundan istifadə edir.
Əsl kubok kimi görünür.
Miniatur olduğu üçün çox qəlizdir.
Rəssam bu heykəlcikləri böyüdücü altında edir.
Çox gözəl və zərif yonur.
Mən bütün əl işlərinə valeh oldum. Həm də deyim ki, rəssam eyni zamanda günəbaxan tumunda rəsm əsəri çəkir. Solaxay olan rəssamın tum üzərində təsvir etdiyi rəsm əsəri Amsterdam muzeyində yer alır.
Bizim də bu cür istedadlılarımız var. Müraciət etsinlər, biz də bu cür dəyərləndirək.