Siz elə bilirsiniz ki, içi doldurulmuş yumşaq oyuncaq məhz iri ölçüdə olmalıdır? Elə isə yanılırsınız. Bu xəbərim sayəsində sizə yer üzünün mikro yumşaq oyuncaqlarını təqdim edəcəyəm. Hine Mizuşima adlı Vankuverli rəssam öz əl işlərini təqdim edir.
Təəccüblü görünür, ancaq milçək kiçik ölçüdədir və içi yumşaq pambıqla doldurulub.
Üzərindəki işləmələr də rəssama aiddir.
Dəniz məhsullarının həvəskarları bu heyvanları tanıyacaqlar.
Çox səliqəli hazırlanıb.
Kiçik, lakin dəqiqliklə hazırlanıb.
İstedad olduqdan sonra hər şey mümkündür.
Tikiş yerinə diqqət edin. Səliqəlidir.
Hələ bu gözəlliyə baxın.
Bunlar da çox bəyəndim. Bəs siz?