Qadin.NET / 6-18 aylıq uşaqlar üçün papaq toxunuşu

6-18 aylıq uşaqlar üçün papaq toxunuşu

Toxumaq üçün 3 mil götürük. Ümumi 96 petlə yığırıq. Elə yığırıq ki, üçbucaq forma alınır və hər milə 32 petlə düşür. Yığıb qurtardıqdan sonra həmin üçbucaq formanı almaq üçün ilk mil ilə 3-cü mili birləşdiririk. Yəni sapla düyün vururuq. 

6-18 aylıq uşaqlar üçün papaq toxunuşu

Bu hissə bitdikdən sonra toxunuş başlayır.

İlk öncə qeyd edim ki 2 əsas toxunuş forması var (bunu ruslardan öyrənmişəm). Hörük (əsas, üz tərəf) və dalğalı tərəf (paltarların iç hissəsi belə olur, toxuyarkən petlə qabağa keçirilir və qabaqdan da çıxarılır). Amma hörük də 2 cür olur. Mili petləyə qabaqdan arxaya doğru çəpəki formada keçirmək və mili petləyə elə arxadan keçirib arxadan çıxarmaq.

1ci - 8ci sıra : (Üçbucaq formasına düşmüş milləri əlinizdə elə tutun ki, sap sağ tərədə qalsın. ilk petlədən başlayaraq toxuyun) (Dalğanı "D", Çəpəki hörükü "ÇH" kimi yazacam)

ÇH, D, ÇH, D, ...., son.

(Artıq "rezinka" dediyimiz hissəni toxuduq)

9-cu sıra: 2 D, 4 ÇH, 2D..., son
10-cu sıra: 2D, 4ÇH, 2D, ... son
11-ci sıra: 2D, 4 ÇH , 2D,... son
12-ci sıra : 2D , 4 ÇH, 2 D,...son
13-cü sıra: 2 D, mili sonra gələn iki petləyə keçirərək həmin iki petləni birlikdə ARXAdan hörüklə toyuxuruq, 2D, ... son
14-cü sıra: 2D, 4ÇH, 2D, ..., Son

İndi isə 9-cu sıradan 14-cü sıraya qədər toxuduqlarımızı dəfələrlə (4 dəfədən və bir az artıq alınacaq. Əgər 5dəfə toxusaq ümumi 39 sıra alınacaq. Amma bizə 38 sıra lazımdı) toxuyun. 38-ci siraya gələndək toxuyun.

Əsas hissəni toxuduq. Burdan sonra toxuyacaqlarımızı artıq 0-dan başlayaraq hesablayın. Çünki artıq tamam fərqli toxunuş başlanır. 

6-18 aylıq uşaqlar üçün papaq toxunuşu

1-ci sıra: 1D, 2ÇH, 2D, 2ÇH, 1D, ... , Son
2-ci sıra: 1D, 2ÇH, 2D, 2ÇH, 1D, ..., Son
3-cü sıra: 3ÇH, 2D, 3ÇH, ..., Son
4-cü sıra: 2ÇH, 2D, 2ÇH, ..., Son
5-ci sıra: 1ÇH, 6D, 1ÇH, ..., Son
6-cı sıra: 1ÇH, 6D, 1ÇH, ... , Son
7-ci sıra: 1ÇH, 2D, sonra gələn iki petləni eyni anda BİRLİKDƏ dalğalı formada toxuyuruq, 2D, 1ÇH, ..., Son
8-ci sıra: 1ÇH, 5D, 1ÇH, ..., Son
9-cu sıra: 1ÇH, 1D, sonra gələn iki petləni eyni anda BİRLİKDƏ dalğalı formada toxuyuruq, 2D, 1ÇH, ..., Son (bu sırada ümumi 72 petlə alınacaq. Alınmayıbsa Haradasa səhv etmisiz)
10-cu sıra: 1ÇH, 4D, 1ÇH, ..., Son
11-ci sıra: 1ÇH, 1D, sonra gələn iki petləni eyni anda BİRLİKDƏ dalğalı formada toxuyuruq, 1D, 1ÇH, ..., Son
(Ümumi 60 petlə qalacaq)
12-ci sıra: 1ÇH, 3D, 1ÇH, ..., Son
13-cü sıra: 1ÇH, sonra gələn iki petləni eyni anda BİRLİKDƏ dalğalı formada toxuyuruq, 1D, 1ÇH, ..., Son
14-cü sıra: 1ÇH, 2D, 1ÇH, ..., Son
15-ci sıra: 1ÇH, sonra gələn iki petləni eyni anda BİRLİKDƏ dalğalı formada toxuyuruq, 1ÇH, ..., Son
16-cı sıra: 1ÇH, 1D, 1ÇH, ..., Son
17-ci sıra: sonra gələn iki petləni eyni anda BİRLİKDƏ Çəpəki HÖRÜK formasında toxuyuruq, 1ÇH, ..., Son
18-ci sıra: Bütün petlələri TƏK-TƏK çəpəki hörük formasında toxuyaq.
19-cu sıra: iki petləni eyni anda BİRLİKDƏ Çəpəki HÖRÜK formasında toxuyuruq və bu sonadək təkrarlanır (Ümumi 12 petlə qalacaq)

İndi Mildən çıxarmadan sapı kəsin. Dibdən kəsməyin. Sapı iynəyə keçirin. Daha sonra iynəni bir-bir bütün petlələrə keçirin. 

6-18 aylıq uşaqlar üçün papaq toxunuşu

Keçirdikcə petləni mildən çıxarın. Ehtiyyatlı olun, hansısa petlə kənarda qalsa papaq sökülə bilər. 
Millərin hamısını çıxardıqdan sonra sapı dartın papaq yığılsın. Bərk-bərk dartın. Deşik xırda olmalıdır. Amma sıxarkən sapı qırmamağa çalışın. Meydana çıxan xırda deşiyi həmin iynəylə səliqəli tikin. Hazırladığınız qotazı da elə o sapla tikə bilərsiz. Qotazın hazırlanma üsulu artıq saytımızda var. Tikib qurtardıqdan sonra sapı papağın içəri hissəsinə salın və oraya bərkidin ki , açılmasın.
 

6-18 aylıq uşaqlar üçün papaq toxunuşu
  
6-18 aylıq uşaqlar üçün papaq toxunuşu

 

6-18 aylıq uşaqlar üçün papaq toxunuşu



 

 

  

14 may 2016
GO BACK