Bizə lazım olanlar. Qızılgüllər ,dekorativ yaşıl yarpaqlı bitkilər, air bitkisi , səbət, oasis , salafan , skoç , ip.
Oasisi isladıb yaxşıca salafanala bükürük.
Skoçla sarıyırıq ki, su tökəndə axmasın.
Oasisi səbətə yerləşdirib iplə bağlayırıq.
İpin artıqlarını kəsirik.
Yaşıl yarpaqlı dekorativ bitkiləri bizə lazım olan ölçüdə kəsirik.
Unutmayın ki,bizə bitkilərin başları lazımdı.
Bitkiləri sancıb qurtardıqdan sonra qızılgüllərə keçirik.
Qızılgüllərin tikanlarını təmizləyib qulplarını kəsirik.
Kəsdiyimiz qızılgülü oasisə sancırıq.
Qızılgülləri uzundan qısaya dogru kəsib yerləşdiririk.
Kəsdiyimiz qızılgüllərin qulplarını atmırıq.
Artıq yarpaqlarını təmizləyirik
Üfüqi şəkildə oasisə sancırıq.
Qulpların hamısın eyni uzunluqda sancırıq .
İndi air bitkisini oasisin altından keçirib yuxarıya doğru çəkirik.
Air bitkisini düyün formasında bağlayırıq.
Kompazisiyamız hazırdı.