Əziz Qadin.Netlilər, aranızda yeniyəm və bu xəbər mənim ilk xəbərimdir. Əl işlərimi sizlərlə paylaşmaq fikirlərinizi rəylərdə oxumaq istəyirəm.
Bunu bir il əvvəl toxumuşam.
Körpəli analar bunun necə əlverişli olduğunu bilərlər. Əmzikdəki südü lazımı istilikdə saxlayır. Xüsusən qış fəslində əlverişlidir.
Sifarişlə toxumuşdum. Hər rəngdə hazırlamaq olur.
Bu isə nimçə altlığı və stəkan altlığıdır.
Bu isə qolbaqdır. Alt hissədən rezin bərkidilib. Saç broşu kimi də istifadə edə bilərsiz.
Bir il əvvəl pay toxumuşdum.
Bu papağı da pay toxumuşdum.
Körpə qızlar üçün dondur. Pay toxumuşam.
Xına ilə bəzək çəkmişəm.
İynələr üçün də istifadə edə bilərsiz.
Qışda dəmin soyumaması üçün toxumuşam.
Gözəldir, elə deyilmi?