Dizayner Aybəniz haqda qısaca olaraq qeyd edim ki, o özü BDU-nin biologiya fakültəsini bitirsə də hal-hazırda dizayner işləri ilə məşquldur. Əl işləri düzəltməklə uşaq yaşlarından məşğul olduğunu deyən xanım əl işlərini satışa çıxarmaqla isə artıq 5 ilə yaxındır ki, məşquldur. Əvvəlcə hobbi kimi yanaşdığı iş artıq onun həyatının əsas işlərindən birinə çevrilib. Bir neçə dəfə televiziya kanallarına xüsusilə də XƏZƏR TV-yə əl işləri ilə əlaqədar olaraq dəvət alıb və çıxış edib. Əl işlərinin özəlliyi onların orijinal dizayn və hər kəsin zövqünü oxşayacaq dərəcədə gözqamaşdırıcı olmasıdır. Bundan başqa, gələn çoxsaylı təklifləri nəzərə alaraq, əl işi dərnəkləri də keçirir. Dizayner Aybəniz xanımın maraqlı, orjinallığı ilə seçilən ev dekoru üçün işlənmiş ekibanalar və rəsm əsərlərini, digər əl işlərini təqdim edərəm.
Gördüyünüz bütün əl işləri, burda olan və ya olmayan və tamamilə yeni və sizin zövqünüzə uyğun şəkildə də çox sərfəli qiymətə hazırlana bilər... Sifariş və ya hər hansı sualınız olarsa Aybəniz xanımın e-mail ülvanı ([email protected]) və ya telefon (055-606-00-29) vasitəsiylə əlaqə saxlaya bilər.