Qadin.NET / Ev şəraitində ananasın yetişdirilməsi

Ev şəraitində ananasın yetişdirilməsi

Əziz xanımlar, bu gün sizlərə ev şəraitində ananasın yetişdirilmə qaydasını təqdim edirəm. Buyurun, baxın, öyrənin, meyvənizi öz evinizdə özünüz yetişdirin.
Lazım olanlar:
Təzə ananas - 1 ədəd
Gübrəli torpaq
Saxsı qab.
Su.
Yetişidirmə qaydası:
İlk əvvəl təzə ananası baş hissəsindən şəkildə gördüyünüz formada kəsirsiniz. Kəsdiyiniz hissənin içərisində olan yumşaq yeri təmizləyirsiniz. Ancaq qabığı zədələməmə şərti ilə.
Ev şəraitində ananasın yetişdirilməsi
Qoyursunuz onu qurumaga. Hardasa bir həftəyə kimi quruyur, yarpaqlar bərkiyir.
Ev şəraitində ananasın yetişdirilməsi
Təmiz quruduqdan sonra isə suya qoyulur, kök atması gözlənilir. İki gündən bir suyu dəyişdirilir.
Ev şəraitində ananasın yetişdirilməsi
Kök atdıqdan sonra isə torpağa əkilir.
Ev şəraitində ananasın yetişdirilməsi

Ev şəraitində ananasın yetişdirilməsi
Vitaminlər verilir. (Satışda var vitaminlər)
Ev şəraitində ananasın yetişdirilməsi
Hər tərəfinə su tökülür.
Ev şəraitində ananasın yetişdirilməsi
Çiçək açıb meyvə verənə kimi həftədə bir dəfə sulanılır. Bu çiçək açmış forması.
Ev şəraitində ananasın yetişdirilməsi
Budur, artıq ananas böyümək üzrədir.




21 aprel 2015
GO BACK