Əziz xanımlar, qarşıdan 8 mart Beynəlxalq qadınlar günü bayramı gəlir. Bu səbəblə qızlarımla birlikdə müəllimələri təbrik etmək üçün rəngli kağızlardan güllər düzəltdik. Həm boş vaxtımızda əyləndik, həm də yeni bir gül düzəltməyi öyrəndik. İstərdim ki, siz də öz ovladlarınızla birlikdə bu güllərdən düzəldəsiniz. Biz çox bəyəndik düzəltdiyimiz gülləri, inşallah, sizlər də baxıb bəyənərsiniz.
Bizə lazım olan ləvazimatlar:
Rəngli kağızlar
Yapışqan
Qayçı
Taxta parçası
Hazırlanması:
İlk əvvəl yaşıl rəngli kağızı götürüb taxtamızın üzərinə dolayaraq yapışdırırıq.
Şəkildəki kimi səliqəli formada olmalıdır.
Daha sonra istədiyiniz rəngdə kagızı götürüb şəkildəki kimi dörd yerə kəsirik. Ləçəklər hazırlayırıq.
Kəsdiyimiz kağızları isə ortadan tən yarı bölüb qatlayırıq.
İndi isə uzununa doğru yarıya kimi şəkildəki formada kəsirik.
Aşağı hissəni, yəni kəsmədiyimiz yeri yapışdırırıq.
Taxataya səliqəli şəkildə yapışdırırıq.
Neçə qat istəirsiniz, yapışdıra bilərsiniz.
Tam yapışdırdıqdan sonra isə alınan ləçəkləri əllərimizlə açırıq.
Budur, artıq rəngli kağızlardan hazırladığımız güllər hazırdı.