Mənim çox sevdiyim hobbilərimdən biri əlfəcinlər hazırlamaqdır. Əlfəcin nədir və nəyə gərəkdir? Əlfəcinlərə kitab ayıran da deyilir. Bir çox insanlar kitab oxuyarkən harada qaldıqlarını unutmamaq üçün kitabın arasına ya adi kağız parçası qoyur, ya da ən pisi kitabın öz vərəqini qatlayır. Kitabın vərəqini qatlamaq çox pis vərdişdir. Çünki belə halda kitab çox tezliklə sıradan çıxmağa başlayır. Ona görə də kitab oxuyarkən əlfəcinlərdən istifadə etmək məqsədəuyğundur. Bizim ölkədə əlfəcin mədəniyyəti bir o qədər də inkişaf etməyib. Amma digər xarici ölkələrdə növbənöv əlfəcinlər mövcuddur və demək olar ki, hər kəs onlardan istifadə edir. Onların həm formaları, həm də hazırlanma materialları tam fərqli olur. Mən sizə öz hazırladığım əlfəcinləri bir neçə xəbərdə təqdim edəcəyəm. Məqsədim bir nəfərə belə olsa, əlfəcin mədəniyyətini (ki, bu da elə kitab oxumaq mədəniyyətinə daxil olur) aşılamaqdır.
Çoxlarınız yəqin ki, bu minyonları tanıyırsınız, altına yapışdırdığım ulduz isə fosforlu ulduzdur ki, bu da əlfəcini xüsusi olaraq maraqlı edir.
Kağızdan hazırlanmış əlfəcinlər.
Oriqami üsulu ilə hazırlanmış kəpənək və ürək əlfəcinləri.
Bu da süngər Bob əlfəcinləri.
Bəs bunlar necədir?
Düyməli əlfəcinlərin həm özünü, həm də hazırlamağı çox sevirəm. Əsas odur ki, düymələr fərqli və rəngbərəng olsun.
Ən sevdiyim əlfəcinlərimdən biri.
Rəngarəngliyi də sevirəm.
Mənə elə gəlir ki, hər bir kitabsevərin xoşuna gələr.
Fərqlilik hər zaman müsbət istiqamətdə olmalıdır.
Hə, necədir, bəyəndinizmi? Ardını mütləq gözləyin.