Əziz xanımlar, hər birimiz körpələrimizin doğum günündə istəyirik ki, onlar üçün qeyri-adi tortlar hazırlayıb onları sevindirək. Bu gün mən sizlərə rəqəmli tortların hazırlanma qaydasını göstərəcəyəm. İnanıram ki, sizlər də baxıb öyrənib körpələriniz doğum günü tortunu özünüz hazırlayacaqsınız. Elə isə buyurun, başlayaq.
Şəkildə gördüyünüz kimi bir rəqəmini hazırlamaq üçün bizə dördbucaqlı şəkildə bişirilmiş tort lazımdır. Sonra bisiviti kəsib bir forması verilir.
İki rəqəmini hazırlamaq üçün isə bizə dördbucaqlı formada və yumru formada biskivit lazımdır. Sonra biskiviti kəsib iki forması verib bəzəyirik.
Üç rəqəmini hazırlamaq üçün yenə bizə dördbucaqlı formalı və yumru formalı biskivit lazımdır. Hazır biskivit şəkildəki kimi kəsilir üç formasına salınır bəzədilir.
Dörd rəqəmini hazırlamaq üçün bizə dördbucaqlı formalı biskivit lazımdır. Beş rəqəmini hazırlamaq üçün isə yenə dördbucaqlı və yumru formada biskivit lazımdı. Altı rəqəmini hazırlamaq üçün isə bizə iki yumru biskivit lazımdır. Hazır biskivitlər şəkildəki kimi kəsilir, rəqəm forması verilir.
Yeddi rəqəmini hazırlamaq üçün dörbucaqlı formada, səkkiz və doqquz rəqəmini hazırlamaq üçün bizə iki yumru biskivit lazımdır. Hazır biskivit şəkildəki kimi kəsilir rəqəm forması veriir, istəyə görə üzəri bəzədilir.
Burda isə əziz xanımlar sizə ürək formasının hazırlanması göstərəcəm. Ürək forması hazırlamaq üçün bizə dörbucaqlı və yumru biskivit lazımdır. Yumru biskivit ortadan kəsilir dördbucaqlı biskivitin kənarlarına qoyub ürək formasını veririk.
İndi isə kəpənək formalı torta baxaq. Kəpənək forması hazırlamaq üçün bizə bir yumru biskivit lazımdır. Şəkildə gördüyünüz kimi kəsilir kəpənək forması verib bəzədilir.
Burda isə xanımlar rəqəmli tortların bir neçə hazır variantını təqdim edirəm, istəyən baxıb edə bilər.