Lazım olanlar:
Qayçı,
atlas parça,
dəri parça,
tül, iynəsap,
qaş, kleyvoy
Əvvəlcə bantın ölçüsünü istədiyimiz boyda atlasdan kəsirik və onunla eyni boyda yapışdırıcıdan da kəsirik və atlasın arxa tərəfinə ütü ilə yapışdırırıq.
Ondan hər tərəfdən 2 sm balaca olmaqla tül və ondan da balaca olmaqla dəridən kəsirik.
Tülü bant formasına salıb atlasın üzərinə bərkidirik.
Onun da üzərinə dəridən bant edib bərkidirik.
Sonra onun tən ortasından qaşı bərkidirik.
İstəsəniz, atlasın qıraqlarına tülü rəngində bəzək də vura bilərsiniz.
Budur, hazırdır.