Əziz Qadin.Netlilər, sizə yeni rəsm işlərimi təqdim etmək istəyirəm. Əminəm ki, məndən daha gözəl rəsim çəkən insanlar var. Qeyd edim ki, rəsm işlərimin gözəlliyi ilə öyünmürəm. Sadəcə olaraq paylaşmaq və fikirlərinizi bilmək istəyirəm. Mən düşünürəm ki, rəsim çəkmək üçün istedadın olmağı şərtdir. Bu işi əyani cəhətdən öyrənmək kifayət etməz.
Bir az istedadı olan insanlar isə öyrəndiklərini təkminləşdirərək daha gözəl rəsimlər çəkə bilərlər.
Şəkil çəkməyin bir çox önəmli nüanslar var.
Məsələn, rəsmi daha da gözəlləşdirən ona qatılan kölgələrdir.
Mən rəssam deyiləm ya da rəsim kursuna getməmişəm bu yazdıqlarım öz təcrübələrimdəndir.
Mən rəsimlərimi yumşaq tonlarda çəkməyi sevirəm. Bu da mənim mülayim xasiyyətli olmağımdan irəli gəlir.
Pisixoloqlar insanların çəkdiyi rəsimlərlə onların xasiyyətini müəyyən edir.
Rəsm hər zaman insanların maraq dairəsində olmuşdur.
Daha sərt xarakterli insanlar sərt və möhkəm cizgilərdən istifadə edirlər.
Əslində hər kəsin ruhunda bir rəsm həvəsi, qabiliyyəti, marağı var.
Çunki rəsm çəkə bilməyən insanlar belə gözəl bir rəsmin qarşısında heyran qalırlar.
Mən heç vaxt rəssam olmaq və ömrümü bu sahədə başa vurmaq istəməmişəm.
Çünki bir çox sahə ilə maraqlanıram və hər şeyə həvəsim var. Ona görə də bir sahə ilə məşğul olmaq mənə görə sıxıcıdır.
Gözəl estetik zövqü olan insanlar gözəl rəsimləri qiymətləndirməyi bacarırlar.
İnanıram ki, sizlər də mənim bu sadə rəsimlərimi qiymətləndirəcəksiniz.