Əziz Qadin.Netlilər, hər zamankından fərqli olaraq bu dəfə xəbərimi evdar xanımlara həsr edirəm. Əksər xanımlar peşəkar şirniyyatçıların bacarığına və əl işlərinə heyranlıqla baxır. Məhz bu xəbərim sayəsində şəkər xəmirindən istədiyiniz "qəhrəmanı" düzəldə və dadlı tortlarınızın üzərinə yerləşdirə bilərsiz. Uşaqlarınızın nəzərində bacarıqlı ana olmaq istəyən xanımlar plastilindən (oyun xəmiri) də hazırlaya bilərsiz. Buyurun, şəkildəki ardıcıllıqları təkrar etsəniz siz də bacaracaqsınız.
İlk şəklimizdə panda hazırlanıb. Çox şirin görünür, elə deyilmi?
İlk baxışdan qəliz görünsə də hazırlanma qaydasına baxanda necə də asan olduğunu müəyyən edə bilərsiniz.
Diqqətlə baxın, o qədər də qəliz deyil.
Şaxta baba yuxudadır. Hazırlamaq üçün bir balaca şəkər xəmiri də bəs edər.
Bəzi uşaqlar bayquşun zəkasına heyran olurlar. Onlar üçün hazırlamağa dəyər.
Şirin pişik balasıdır. Ardıcıllığa riayət edin.
Pinqivin balasını hazırlamaq həm zövqvericidir, həm də asandır.
İnsanın ən yaxın dostu hesab edilən itlərin hazırlanması üçün maraqlı nümünə.
Daha bir cizgi film qəhrəmanı.
Yeni il süfrəsi üçün hazır edəcəyiniz tort üzərinə qoya bilərsiz.