Qadin.NET / Yeni il gecəsi üçün don toxuyaq

Yeni il gecəsi üçün don toxuyaq

Bir çoxlarımız hörməyi bacarırıq. Saytımızın xanımları çox bacarıqlıdırlar, maşAllah. Bu gün sizlərə bir don təqdim etmək istəyirəm. Bacarıqlı xanımlar, gəlin yeni il üçün özümüzə don toxuyaq.

 Bunun üçün bizə sap və qarmaq (N2) lazımdır. İstədiyimiz rəngi seçə bilərik. Sapın incəliyini də zövqümüzə uyğun seçə bilərik.

Bu ilk sxemdir. Bu sxemə uyğun başlayırıq. 

Yeni il gecəsi üçün don toxuyaq

Burada şəklin mərkəzində 10 rəqəmi yazılıb. Yəni 10 hilmə ilə başlayırıq. Və zincir alınır, birləşdiririk. Sonra T hərfinə bənzər açarlar görürük. Yəni həmin 10 hilmənin üzərinə 24 hilmə toxuyuruq. Sonra isə hər 6 hilmədən bir 9 hilməlik ip hörürük. Sxemə diqqətlə nəzər yetirsəniz, anlayacaqsınız. Bunu bitirdikdən sonra həmin 9 hilmənin üzərinə 15 hündür hilmələr əlavə edin. Və kiçik bir gül əmələ gələcək. Sxemə nəzər yetirin. Orda 3 üzərində 4 rəqəmi yazılıb. Yəni hər 3 hilmədən bir 4 hilməlik zəncir hörün. Sonra 2- ci sıranı 5 zəncir hörün. 3-cü sıranı isə 6 zəncir hörün. Və beləcə sxemə nəzər yetirərək davam edin. Sadə T hərfinə bənzər açar- bir hündür hilmədir. T hərfinə bənzər açarın mərkəzindən bir xətt də keçibsə bu bir hündür hilmənin üzərində bir hilmə daha hörmək mənasını verir. Və bu hördüyünüz naxışlardan bədən ölçülərinizi nəzərə alaraq sayını özünüz təyin edərək 20-30 və ya çox  sayda hörə bilərsiniz.

Yeni il gecəsi üçün don toxuyaq

Sizdə bu naxışlar alınacaq.

Yeni il gecəsi üçün don toxuyaq

Sonra isə onları qarmaqla birləşdirin. 

Yeni il gecəsi üçün don toxuyaq

Beləliklə, hər birini birləşdirib, parça halına gətirin.

Yeni il gecəsi üçün don toxuyaq

Bu formada. 

Yeni il gecəsi üçün don toxuyaq

Bir nümunə daha. 

Yeni il gecəsi üçün don toxuyaq

Bu da eyni ilə. 

Yeni il gecəsi üçün don toxuyaq

Sonra birləşdirə-birləşdirə bu formanı veririk. 

Yeni il gecəsi üçün don toxuyaq

Sonra donumuza qol da birləşdiririk.

Yeni il üçün toxunma don hazırdır. 

Yeni il gecəsi üçün don toxuyaq

İnanıram ki, bu donu çoxlarınız hörüb geyinəcəksiniz. 

27 dekabr 2014
GO BACK