Qadin.NET / Qar dənəcikləri düzəldək

Qar dənəcikləri düzəldək

Əziz xanımlar, yeni il qabağı körpələrinizlə maraqlı və əyləncəli vaxt keçirtmək istəyirsinizsə, gəlin, birlikdə qar dənəciyi düzəltməyi öyrənək. Qar dənəciklərini düzətdikdən sonra uşaq otağının pəncərəsini bəzəyərək onları sevindirmiş olarsınız. Mən uşaqlarımla birlikdə qar dənəcikləri düzəldib onların otağının pəncərəsini bəzəmişəm, çox gözəl görünür. Sizlərə də məsləhət görərdim ki, qar dənəciyi düzəldəsiniz.

Lazım olan ləvazimatlar:

A4 kağızı

Qayçı

Skoç

Sadə qələm

Hazırlanması:

Öncə sxemsə göründüyü kimi kağızı qatlayırıq.

Daha sonra kağızın artıq qalan hissəsini kəsib atırıq.

Qar dənəcikləri düzəldək

Qatladığımız kağızın üzərinə sadə qələmlə bəzəklər çəkib onları kəsirik.

Qar dənəcikləri düzəldək

Şəkillərdə gördüyünüz formalar alınır.

Qar dənəcikləri düzəldək

Hər bir naxışın öz gözəlliyi var.

Qar dənəcikləri düzəldək

Bunları edərkən çox əylənəcəksiniz.

Qar dənəcikləri düzəldək

Rəngli kağızlardan istifadə edərək daha gözəl formalar əldə edə bilərsiniz.

Qar dənəcikləri düzəldək

Əgər uşağınız qayçı işlədəcək qədər böyükdürsə, naxışı o da kəsə bilər.

Qar dənəcikləri düzəldək

Əsas odur ki, kəsərkən naxışın özü zədələnməsin.

Qar dənəcikləri düzəldək

Bu da bizim hazırladığımız qar dənəcikləri. Oğlumun otağının pəncərəsini bəzəmişik. Çöldən baxanda çox gözəl görünür.

Xanımlar, daha dəqiq və aydın başa düşməyiniz üçün video da təqdim edirəm. Videolara baxaraq problem olmadan qar dənəciklərini düzəldə biləcəksiniz. Sizlərə xoş istirahətlər arzulayıram.
15 dekabr 2014
GO BACK