Əziz Qadın.netlilər bu gün sizlərə gəlinimizin əl işləri olan toxunma şarf və şalları təqdim edəcəyəm. Gəlinimizin çox gözəl əl qabiliyyəti var. Yəni çox gözəl şərflər, uşaq ayaqqabıları, kofta, yubka, şal və s. toxumağı bacarır. Sadəcə utandığı üçün mənə verdi ki, sən yerləşdir saytınıza. O da bizim saytı maraqla izləyir. Buyurun, baxın. Bu gün tək şərf və şalları təqdim edirəm. Fikirlərinizi şərhlərdə yazın, zəhmət olmasa.
Bu mavi rəngli şal çox yüngül və sadədir.
Bu ağ rəngli şal isə qış fəsli üçün toxunulub.
Ağ şalı da mənə hədiyyə edilib.
Qırmızı şal qara ətəklə çox yaraşır. Hər hörümçəyin ortasında qaş qoyulub.
Zənnimcə, hər birini bəyənəcəksiniz.
Bəs bu necədir?
Mən bunu çox bəyənirəm.
Bu şalın isə rəngini çox bəyənmişəm.
Hər birinin öz gözəlliyi var.
Əl əməyi, göz nurudur, həqiqətən də.
Bunu bəyənməmək mümkün deyil.
Bəs bu necədir, yaxşıdır, elə deyilmi?
Bəyəndikləriniz oldumu, xanımlar?