Yeni ildə öz əllərinizlə gözəl işlər yaratmaq istəyirsinizsə, bu xəbər məhz sizin üçündür.
Lazım olan ləvazimatlar:
2 rəng plastilin və ya gil xəmiri
Yaşıl lent
Bəzək üçün muncuqlu çubuqlar, şam qozası
Yapışqan
Yarpaq şəkilli qab
Fırça
Düyməli iynə
Bir rəngli kütlə alırıq.
Onu fərqli ölçülü hissələrə ayırırıq.
Bu kütlələri əlimizdə yumurlayırıq.
Sonra isə qəlibin içinə yerləşdiririk.
Şəkilləri diqqətlə izləyə bilərsiniz.
Ləçəklərə forma veririk.
Sonluğuna şəkildə olduğu kimi düyməli iynələr keçiririk.
Muncuqlu çubuqları mərkəzə qoyub ətrafında kiçikdən böyüyə doğru ləçəkləri düzməyə başlayırıq.
Ləçəkləri yığdıqca iynələri yaşıl lentlə bağlayırıq.
Bu, gülümüzə möhkəmlik verəcək.
Gülü şam qozası və ya oyuncaqla bəzəyirik.
Siz də uşaqlarınızla bir yerdə yeni il qabağı əyləncəli oyuncaqlar hazırlayın!