Salam, əziz Qadın.Netlilər, mən bu günkü xəbərimdə sizlərə toxunma telefon qabını təqdim etmək istəyirəm. Toxumaq hobbi olaraq məndə də var. Hər kəs kimi mən də maraqlı əl işlərini sevirəm. Düzdür, bu əl işi mənim deyil, heç sınamamışam da. İlk qabağıma çıxan kimi sizlərlə paylaşmaq istədim. Amma siz şəkildən baxaraq rahat toxuya bilərsiniz. Bir gün mən də toxuyub sizlərə paylaşaram. Ümid edirəm ki, xəbərimi bəyənərsiniz. Buyurun, baxın.
Gördüyünüz kimi burada bizə lazım olan istədiyiniz rəngdə ip və muncuq var.
Gördüyünüz kimi muncuqları ipə keçirdirik.
Əvvəlcə alt tərəfini bir az muncuqsuz toxuyuruq.
Sonra gördüyünüz kimi muncuğa toxumağa başlayırıq.
İstədiyiniz naxışı edə bilərsiz.
Beləcə, üzü yuxarı toxuyuruq.
İstədiyimiz ölçüdə rahat telefon qabı.