Qadin.NET / Paylaşmaq istədiyim əl işlərim

Paylaşmaq istədiyim əl işlərim

Əziz Qadin.Netlilər, hər zaman olduğu kimi bu dəfə də qarşınıza öz əl işlərimlə çıxmışam. Ümid edirəm ki, hazırladıqlarımı bəyənəcək və dəyərli məsləhətlərinizi qeyd edəcəksiniz.  
Şəkildə gördüyünüz ilk tikdiyim gəlinlikdir. Zamanla bel hissəsinə qaşlar düzdüm. 
Bu isə alt paltarları üçün hazırladığım xonçadır.
Konfet qoymaq üçün hazırladığım xüsusi səbət.
Xeyir işlərdə lazım olan meyvə səbəti.
Mavi səbəti də şirinlik qoymaq üçün hazırlamışam.
Bu adi şokolad qabından hazırladığım mücrüdür.
Banumun yorğanıdır. Bəyəndinizmi?
Məxmər parçadan hazırladığım daha bir mücrü.
Novruz bayramında xeyir iş üçün ləbləbi səmənisi də lazım olur.
İlk dəfə sırıdığım Gəncə yorğanıdır. 
Əl işlərimin içində ən çox sevdiyim və ən çox bəyəndiyim xına xonçasıdır.
İlk dəfə tikdiyim bənövşəyi rəngli yataq örtüyü.
Şəkərbura üçün hazırladığım xonça.
Daha bir əl işim, mücrü.
Güzgü və şam. 
Əl işlərimi bəyəndinizmi?
16 noyabr 2014
GO BACK