Qadin.NET / Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq

Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq

Əziz xanımlar, bu xəbərimdə sizə yastıq tikməyi göstərəcəm. Bu yastıq forması "ananas" adlanır. Bunun üçün bizə iki rəngli yəni biri tünd digəri açıq rəng olan (qara-ağ, qırmızı-yaşıl və s.) parçalar lazımdır. Bunlardan başqa bizə əsas parça lazım olacaq. Bu naxışı o parçanın üzərinə qoyub tikəcəyik.

Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Mən burada bərk material əvəzi cins parçadan istifadə etmişəm.
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Qalın parçanın mərkəzinə 10x10 sm ölçüsü olan kvadrat şəkilli parçanı qoyub iynə ilə bərkidirik.
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
İlk qoyduğumuz parça tünd rəngdə olduğu üçün ikinci tikəcəyimiz parçanın rəngi ağ olacaqdır.
Bu naxışda rənglər bir-birinin ardıcıllığı  ilə getməlidir.
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Kəsdiyimiz uzun parçaların eni 5-7 sm ölçüsündə olmalıdır. Bu 5 sm enində kəsilmiş parçanı tünd rəngli kvadrat parçanın üzərinə şəkildə  göstərdiyim kimi üzü üstə qoyub tikirik.
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Sonra parçanı tikişi alt hissədə qalmaqla düz tərəfinə açırıq.
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Bütün dörd tərəfini də eyni ilə bu qaydada tikirik və düz üzünə çeviririk. Burada yenidən dördbucaq alınacaq.
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
İndi isə tünd rəngli parçadan istifadə edəcəyik, lakin bu dəfə parça dördbucağın qıraq düz tərəflərinə deyil, onların künc hissələrinə  qoyulub tikiləcək (şəkilə bax).
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Tikildikdən sonra artıq qalan hissəni qayçı ilə kəsirik.
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Əvvəldə göstərdiyim kimi düz tərəfinə çeviririk.
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Beləliklə, tünd rəng və açıq rəngdən istifadə edərək naxışımızı tikirik.
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Naxışın bitməsinə yaxın qırağa tikiləcək materialı bir neçə sm böyük götürmək lazımdır.
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Fon olaraq yenədə uyğun gələn parça seçib tikirik.
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Yastığımızın üzü hazırdır. 
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Arxasını da tikib içini pambıq və ya yunla doldururuq.
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Buyurun, yastıqlarımız hazırdır.
10 mart 2016
GO BACK