Hamınızı salamlayıram,əziz Qadin.Net xanimlari!
Mən sizlərlə əl işlərimi paylaşmaq istədim.
Bu jileti qızım anadan olmamışdan əvvəl toxumuşdum.Aşağıdakı şəkildə artıq əyninə balacadır.Toxumağa az vaxt sərf elədim,toxunuşu asandır.
Elə bu jaketi də uşaq olmamışdan əvvəl toxumuşam.
Bu papağı da uşaq anadan olmamışdan qabaq toxumuşam və onu evə gətirəndə başına qoymuşdum.Amma indi dovşanının başına qoymalı oldum
Şəkildəkilərin hamısını milçə (kruçok) ilə toxumuşam.Papış da toxumuşdum,onu qoydum Bakıda.