Qadin.NET / Mətbəx aksessuarı hazırlayaq

Mətbəx aksessuarı hazırlayaq

Xanımlar, bu dəfə sizlərə sadə qazantutan hazırlamaq qaydasını göstərəcəyəm. Maraqlananlar öyrənə bilərlər. 

 Bizə lazım olacaq:

Qayçı

Tikiş maşını

Üzlük - gec yanan parça

Altlıq - qalın parça

Bəzək üçün lent

Əvvəlcə uzunluğu 30 sm, eni isə 15 sm olan iki parça kəsirik. Həmin ölçüdə içinə qoymaq üçün iki qalın parça kəsirik və 60 sm uzunluğu, eni isə 10 sm olan qulp kəsirik. Əgər qıraqlarına bəzək vermək istəsəniz, kant götürməlisiniz.

Mətbəx aksessuarı hazırlayaq

Həmin üstlük olan parçanı tərs üzündən iki qatlayıb iki tərəfini tikirik. Qalın parçanı iki qatlayıb onun içinə yerləşdiririk, ağzını və 4 tərəfini tikirik.

Mətbəx aksessuarı hazırlayaq

Sonra götürdüyümüz lentlə zövqünüzə uyğun kənarlarını bəzəyirik.

Mətbəx aksessuarı hazırlayaq

Saplıq götürdüyümüz parçanı tikirik və tutacağımızın künc hissəsində alt tərəfindən bərkidərək tikirik.

Mətbəx aksessuarı hazırlayaq

Bəzək verdiyimiz parça iplənirsə, iplərini yandırmaq lazımdır.

Mətbəx aksessuarı hazırlayaq

Hazırdır:

Mətbəx aksessuarı hazırlayaq
18 aprel 2014
GO BACK