Qadin.NET / Mənim əl işlərim (2)

Mənim əl işlərim (2)

Əziz Qadın.Net istifadəçiləri, indi də sizə xəbərimin ikinci hissəsini təqdim edirəm. Birinci hissəni bəyəndiyiniz üçün sizə minnətdaram. Həvəslənib ikinci hissəni də hazırladım nəhayət. girl_ang  Buyurun baxın:

                                                        Qırmızı rəngi çox sevirəm. Məncə, bu naxışlar da qırmızı rəngdə pis görünmür.

                                                       Bu koftanı isə bacıma hədiyyə etmişəm. Ona çox yaraşır. Rəngini özü seçib.

                                                            

Bu jaket parça və sapların kombinindən hazırlanıb.Qolları və manjetləri millə toxunub, qalan hissəri parçadandır. Sonda toxuduğum hissələri parça ilə birləşdirmişəm.

 

Narıncı rəngli şərfi isə müxtəlif formalarda bağlayıb istifadə etmək olar.
Bu papağı isə iki müxtəlif qara sapdan toxumuşam. İsti və rahatdır.
Belə bir yaxalığı pencək və paltolarla istifadə etmək olar. Fərqli görünür.
Bu aksesuar yaxalığı isə elə bu mövsümdə istifadə etmək yerinə düşər. İnsana baharı xatırladır.
Sadə yay çantası bir çox paltara uyğun gələr.
Bu dekorativ balınclar ev interyerinə özəllik qatır.
Bu sadə toxunma çantanı da çox həvəslə toxumuşam.
19 aprel 2014
GO BACK