Qadin.NET / Qızımız üçün saç aksessuarı hazırlayaq

Qızımız üçün saç aksessuarı hazırlayaq

Əziz xanımlar, satışda qız uşaqları üçün çoxsaylı və fərqli saç aksessuarları vardır. Amma bunları evdə hazırlasaq, oxşarı olmayacaq və daha sevimli olacaq. Həm də hansı materiallardan hazırlandığını bildiyimiz üçün daha rahat olarıq.

Lazım olan ləvazimatlar:

Enli, istənilən rəngdə atlas lent

Rezin

Qayçı

Tikiş maşını

Muncuqlar

Hazırlanması:

Əvvəlcə 60 sm uzunluqda dörd lent, ondan əlavə 16 sm uzunluqda iki lent, iki 30 sm-lik rezin kəsirik.

Qızımız üçün saç aksessuarı hazırlayaq

Sonra iki uzun lentin arasına rezini qoyub dartaraq maşınla rezinin üstündən tikirik.

Qızımız üçün saç aksessuarı hazırlayaq

Sonra hər iki tərəfini maşınlayırıq ki, rezin görünməsin.

Qızımız üçün saç aksessuarı hazırlayaq

Ən sonda belə formada rezin alınmalıdır.

Qızımız üçün saç aksessuarı hazırlayaq

Sonra onu kənara qoyub qısa lentlərin hər iki tərəfini tən ortaya gətirib, qıraqlarını maşınlayırıq.

Qızımız üçün saç aksessuarı hazırlayaq

Sonra tən ortasında boş dəlikdən sintefon doldururuq.

Qızımız üçün saç aksessuarı hazırlayaq

Tən ortadan maşınla tikirik ki, içindəkilər kənara çıxmasın.

Qızımız üçün saç aksessuarı hazırlayaq

Yenidən tən ortadan muncuqlarla büzərək tikirik.

Qızımız üçün saç aksessuarı hazırlayaq

Birinci tikdiyimiz rezinin baş hissəsini bitişdirib tikirik və iplərini yandırırıq.

Qızımız üçün saç aksessuarı hazırlayaq

Alınan bantları bu rezinin orta hissəsindən tikib birləşdiririk.

Qızımız üçün saç aksessuarı hazırlayaq

Həm dartaraq uşaqlar üçün saç aksessuarı kimi,

Qızımız üçün saç aksessuarı hazırlayaq

həm də saçlarını iki hissəyə ayırmaqla yığaraq çüt istifadə edə bilərsiniz.

Qızımız üçün saç aksessuarı hazırlayaq
Qızları olmayanlar, yaxınlarınızın balalarını sevindirə bilərsiniz girl_smi
10 mart 2014
GO BACK