Qadin.NET / Yararsız əşyaları dəyərləndirək

Yararsız əşyaları dəyərləndirək

Bəzən əlimizin altında yararsız çox əşyalar olur. Onları atmayıb yararlı bir əşya kimi dəyərləndirək. Mətbəximizdə, ya da həyət evlərində meyvə-tərəvəzləri qoymağa həmişə bir qab lazım olur. Müasir zamanımızda hər şey var, sadəcə olaraq ən çox həyət evində yaşayanlar bunu hazırlayıb istifadə edə bilərlər.

Bizə lazım olanlar:

Qayçı

Pərdəyə sancaq keçirmək və asmaq  üçün lazım olan lent

3 ədəd plastmas yeşik

Köhnə yumşaq süfrə

Uzun, içi boş plastmas boru

Hazırlanması:

Əvvəlcə yeşikləri götürürük.

Yararsız əşyaları dəyərləndirək

Sonra plastmas boruları eyni ölçüdə olmaqla 8 hissəyə kəsirik. Bir tərəfini odun üzərinə tutub yeşiyin baş tərəfində olan deşiyə tez salıb gəlibini çıxardırıq. Bunu yoldaşınızın yardımıyla edə bilərsiniz.

Yararsız əşyaları dəyərləndirək

Sonra süfrə, ya da parçanı yeşiyin uzunu və eni ölçüsündə kəsirik. Amma alt qatdan fərqli olaraq üstlər bir az uzun olsa daha yaxı olar.

Yararsız əşyaları dəyərləndirək

Kəsərkən 4-5 barmaq uzunu və enindən normal ölçüdən artıq olmalıdır. 1 sm qatlayıb lenti eninə tikirik.

Yararsız əşyaları dəyərləndirək

Həmin kəsdiyimiz qısa boruları yeşikdəki boş deşiyə keçirdirik.

Yararsız əşyaları dəyərləndirək

Cərgə ilə üçünü də üst-üstə yığırıq.

Yararsız əşyaları dəyərləndirək

İçərisinə sellofan və ya qəzet səririk ki, ərzaqların tozu bir-birinə qarışmasın.

Yararsız əşyaları dəyərləndirək

Tikdiyimiz pərdələrin bütün dövrəsinə dolayıb ip yerini möhkəmcə bərkidirik. Qalan artığını isə büzməyə verin ki, daha da gözəl görünsün.

Yararsız əşyaları dəyərləndirək

Meyvə-tərəvəzlərimiz üçün qabımız hazırdır.

Yararsız əşyaları dəyərləndirək

Yoxlayın çox yararlıdır good

22 mart 2014
GO BACK