Qadin.NET / Ev şəraitində bilərzik hazırlayaq

Ev şəraitində bilərzik hazırlayaq

Əziz xanımlar, bu dəfə sizlərə ev şəraətində dəbli bilərziklərin hazırlanmasını göstərmək istəyirəm. Bilirik ki, hər bir qadın zinət əşyalarını çox sevir. Əgər sizin də marağınız varsa, boş vaxtlarınızda bu bilərzikləri hazırlaya bilərsiniz. Hazırlanması çox rahat və görünüşü də olduqca gözəldir. Ümid edirəm ki, bəyənəcəksiniz.

Lazım olan ləvazimatlar:

Bunun üçün bizə gümüşü və qızılı zəncir, 1 ədəd qaşlı zəncir, qara ip və kəlbətin lazımdır.

Ev şəraitində bilərzik hazırlayaq

İki zəncirin arasına qaşlı zənciri qoyub, qara iplə aralarından keçirib bir-birinə bağlayırıq. Bağlayıb qurtardıqdan sonra kəlbətin vasitəsiylə bilərziyi bağlamaq üçün uclarına halqaları keçiririk.

Ev şəraitində bilərzik hazırlayaq

Bilərziyimiz hazırdır.

Ev şəraitində bilərzik hazırlayaq

Əziz xanımlar, sizə ikinci bir bilərziyin də hazırlanmasını göstərmək istəyirəm. Əgər evinizdə istifadə etmədiyiniz və ya dəbdən düşmüş bilərziyiniz varsa, onu yeniləyə bilərsiniz.

Lazım olan ləvazimatlar:

 Göy rəngli ipək saplar, bilərzik, nazik dəmir tel və iynə.

Ev şəraitində bilərzik hazırlayaq

Əvvəlcə ipək sapların başlarını bu şəkildə tel ilə bərkidirik.

Ev şəraitində bilərzik hazırlayaq

Bağladıqdan sonra sapın bir ucunu yapışqan lent vasitəsiylə yerə yapışdırırıq ki, sapları toxuyanda bizə rahat olsun.

Ev şəraitində bilərzik hazırlayaq

Saplar toxunduqdan sonra uclarının artıq hissələrini kəsirik.

Ev şəraitində bilərzik hazırlayaq

Sonra bilərzik və toxunan sapı bir-birinə iynə vasitəsi ilə tikirik .

Ev şəraitində bilərzik hazırlayaq

İkinci bilərziyimiz də hazırdır.

(Tərcümə edilib)

 

9 mart 2014
GO BACK