Qadin.NET / Mənim əl işlərim (1)

Mənim əl işlərim (1)

Əziz Qadın.Net istifadəçiləri, sizə bəzi əl işlərimi təqdim etmək istəyirəm. Əslində mən əl işlərini boş vaxtlarımda dincəlmək məqsədilə hazırlayıram. Onlardan çoxusunun şəkilləri məndə olmadığı üçün bura yerləşdirə bilmirəm. Buyurun, baxın:

Bu jilet müxtəlif rəngli boğazlı köynəklə qəşəng görünür. Zərif yay donları ilə də geyinmək olar.
Bu şərfi isə müxtəlif formalarda bağlamaq olar. Naxışları yuxarıdakı jiletə uyğundur.
 Sevdiyim rəngdə olan bu toxunma köynəyi isə ən çox anam bəyənib. smile
Rəngli saplardan olan bu şərfi xırda saplara heyfim gəldiyi üçün toxumuşam. mocking
Sadə və isti jilet gündəlik istifadə üçün rahatdır.
 Şərf və papaq: şərf aralı toxunuşla toxunub.
Bunu isə ayrı-ayrı gülləri toxuyub birləşdirməklə hazırlamışam.
Bu uşaq corablarını bacımın şirin balası üçün toxumuşam.
Bu isə qız uşağı üçün dəstdir.
Kiçik gəlinciklər  girl_ten
P.S. İnşaAllah gələcəkdə də digər əl işlərimi sizə təqdim edəcəyəm.
6 mart 2014
GO BACK