Bizə lazım olanlar:
1 ədəd geyinmədiyiniz kofta
Başmaq içliyi
Karandaş
Qayçı
İynə
Sap
Tikiş maşını
Hazırlayaq:
Öncədən hazırladığımız başmaq içinə xüsusi yapışqanlar yapışdırıb koftamızdan kəsdiyimiz ölçüyə hər iki üzünə eyni olmaq şərti ilə birləşdiririk.
Başmağın üzərini hazırlamaq üçün koftamızın qol hissəsindən kəsib açıq olan yerini tikib, digər ucunu üçkünc formada şəkildəki kimi kəsirik.
Başmağın ön hissəsinə yerləşdirib, kənarlarını tikib, o biri üzünə çeviririk ki, tikişləri içəridə qalsın.
Arxa hissəsindən şəkildəki kimi kəsib, bir-birinə birləşdirib arxa hissəsini hazır edirik.
Sonda isə koftamızın aşağı qalın hissəsindən şəkildəki kimi kəsib, üzərinə yapışqanı yapışdırıb başmağımızın kənarlarına yapışdırırıq.
Başmağımız hazırdır.