Qadin.NET / Ev şəraitində bilərzik hazırlayaq (2)

Ev şəraitində bilərzik hazırlayaq (2)

Əziz xanımlar, sizlərə "Ev şəraitində bilərzik hazırlayaq" adlı xəbərimin 2-ci hissəsini təqdim etmək istəyirəm. Bilirik ki, hər bir qadın zinət əşyalarını çox sevir. Əgər sizin də marağınız varsa, boş vaxtlarınızda bu bilərziyi hazırlaya bilərsiniz. Hazırlanması çox rahat və görünüşü də olduqca gözəldir. Ümid edirəm ki, bəyənəcəksiniz.

Bunun üçün bizə rəngli sap, zovqünüzə gorə daş-qaş və bağlamaq üçün qaşlı düymələr lazım olacaq.

Ev şəraitində bilərzik hazırlayaq (2)

Əvvəlcə sap tərpənməsin deyə skoç vasitəsi ilə sapın ucunu bir yerə yapışdırırıq. Sapın ucunu bu şəkildə dəlik saxlayırıq ki, düyməni keçirmək olsun.

Ev şəraitində bilərzik hazırlayaq (2)

Sonra bu şəkildə sapları hörməyə başlayırıq.

Ev şəraitində bilərzik hazırlayaq (2)

Bilərziyin ortasına çatanda daş-qaşımızı keçırib, yenidən hörürük.

Ev şəraitində bilərzik hazırlayaq (2)

Hördükdən sonra iynə vasitəsi ilə bağlamaq üçün düyməni bərkidirik.

Ev şəraitində bilərzik hazırlayaq (2)

Sonra artıq ipləri kəsib iplərin uclarını yandırırıq ki, açılmasın.

Ev şəraitində bilərzik hazırlayaq (2)

Budur, bilərziklərimiz hazırdır. Zovqə görə istənilən rəngdə, istənilən daş-qaşla hazırlaya bilərsiniz.

Ev şəraitində bilərzik hazırlayaq (2)
Ev şəraitində bilərzik hazırlayaq (2)
Ev şəraitində bilərzik hazırlayaq (2)
31 mart 2014
GO BACK