Qadin.NET / İnkişafınızı artıran hobbilər

İnkişafınızı artıran hobbilər

Hobbilər və maraq dairəsi - bir şəxsin bacarıqlarını və xasiyyətini göstərə bilmək baxımından vacibdir. 

İnkişafınızı artıran hobbilər

Kitab oxumaq

Oxuyaraq hadisələrin inkişafını öyrənən insan öncə özünə olan inamını artırır. Bu isə eyni zamanda düşüncəni inkişaf etdirmək, geniş görmə bucağını təmin etmək, hadisələri araşdırmaq qabiliyyəti qazandırır. Həm də oxuyan şıxslər zəngin söz ehtiyatı qazanmaqla yanaşı, hikmətli danışıq tərzi ilə də seçilirlər. Bu təsir isə insanlarda münasibətləri gücləndirməklə yanaşı, həm də sosial xarakter qazandırır. Geniş söz ehtiyatı insanın daha artıq düşünməsinə kömək edir. 

İnkişafınızı artıran hobbilər

Şahmat oynamaq

Şahmat alternativ yarada bilmək, alternativləri müqayisə edə bilmək, tez qərar verə bilmək, nəticəni düşünə bilmək kimi zehni gücləndirir. Özünə inam hissini inkişaf etdirir.                                                     

Tapmaca tapmaq 

Tapmaca tapmaq asan öyrənməyi, öyrənilən məlumatların uzun müddət yadda saxlanmasını və söz ehtiyatının genişlənməsini təmin edir. Dil inkişafını tezləşdirir. Beyin gücünü dəstəkləyərək yaddaş itkisinə mane olur. Qavrama, xatırlama, problem həll etmək kimi bacarıqları artırır.  

İnkişafınızı artıran hobbilər

Xarici dil öyrənmək 

Yaddaş bacarığını, fikir ifadə etmək qabiliyyətini və zehni inkişaf etdirir. Söz ehtiyatını genişləndirir, bununla yanaşı, öz dilinizdə bəzi sahələrdə bacarığınızı artırır. Rəsmi vəzifələrdə, xarici şirkətlərdə işləmək imkanı yaradır.

İnkişafınızı artıran hobbilər

Musiqi alətlərində ifa etmək

Beynin sol tərəfini gücləndirir. Yaddaşı və zəkanı inkişaf etdirir. Stresi azaldır, estetik, yaradıcı düşünmək qabiliyyətini artırır.

27 yanvar 2014
GO BACK