Qadin.NET / Evdə çanta hazırlayaq

Evdə çanta hazırlayaq

Çantanı hazırlamaq üçün bizə lazım olanlar:

İstədiyiniz rəngdə dəri parça

1 ədəd qayçı

Uc hissələrində qarmağı olan qayış

Bir ədəd də istədiyiniz rəngdə lent

Hazırlanması:

Əvvəlcə dəri parçanı dairəvi kəsmək üçün bir kağıza dairəvi lövhə çəkirik. Sonra həmin lövhəni dəri parçanın üzərinə qoyub qayçı ilə kəsirik.

Evdə çanta hazırlayaq

Daha sonra dairənin kənarlarından xüsusi alət vasitəsiylə, olmasa qayçı vasitəsi ilə bir neçə ədəd az aralıqlarla kiçik dəliklər açırıq.

Evdə çanta hazırlayaq

Bəzəkli lenti götürüb bu dəliklərdən keçiririk və şəkildə göründüyü kimi düzəldib ön hissədən lenti bant kimi bağlayırıq.

Evdə çanta hazırlayaq
Evdə çanta hazırlayaq
Evdə çanta hazırlayaq

Sonda isə qarmaqlı qayışı götürüb çantanın kənar hissələrindən lentə keçirdirik.

Evdə çanta hazırlayaq

Budur, dəbli çantamız hazırdır.

Evdə çanta hazırlayaq
6 aprel 2016
GO BACK