Əziz Qadın.Netlilər! Bu dəfə sizinlə bir-birindən maraqlı, rəngarəng, şipşirin qotazlar düzəltməyi öyrənəcəyik. Çox asan və sonunda ürəyinizcə olacağından əminəm. Beləliklə başlayaq... İlk öncə istədiyiniz bir və ya iki rəngdə, orta qalınlıqda olan yun ip seçirik.
Sonra onları şəkildəki kimi barmaqlarımıza dolayırıq.
Sonra qayçı ilə ortadan kəsib iki yerə ayırırıq. Daha sonra ipləri bir-birindən ayıraraq qarışdırıb qayçı ilə uzunluqlarını eyni ölçüdə kəsirik, ta ki qotaz şəklini alsın.
Budur, bir rəng qotaz forması.
İstəyinizə və zövqünüzə görə bu qotazları aşağıdakı şəkildəki formada - iki rəngdə edə bilərsiniz. Əlbəttə ki barmaqlarınıza ipi dolayarkən rəngləri fərqli səmtlərə dolayaraq...
Bir fərqli forma daha...
Fərqli rənglər də çox gözəl görünür.
Budur, bir-birindən şirin yup-yumşaq qotazlar. Həm balalarınızın paltarlarında, həm də öz əlcək və şərflərinizdə istədiyiniz kimi işlədə bilərsiniz...