Qadin.NET / Muncuqdan üzük hazırlayaq

Muncuqdan üzük hazırlayaq

Əziz Qadin.Netlilər! Bu gün də sizə ev şəraitində üzüyün hazırlanma qaydasını təqdim edəcəyəm. Bildiyimiz kimi, qadınlarımız incə əllərini üzüksüz heç cür təsəvvür edə bilmirlər. Göründüyü qədər gözəl olan bu üzüyün hazırlanma qaydası bir o qədər də sadədir. Bunun üçün şəkillərə diqqətlə baxmağınız kifayətdir.

Lazım olanlar:

3 boy muncuq
1 ədəd qaş
Yapışqan
İynə
Neylon ip
Keçə
Halqa
Hazırlanması:
Əvvəlcə hazırlayacağımız üzük üçün lazım olan keçəni götürürük və üzərinə qaşı yapışdırırıq.
Muncuqdan üzük hazırlayaq

İlk öncə qaşın ətrafına kiçik ölçülü muncuqları düzürük.

Muncuqdan üzük hazırlayaq

Sonra böyük ölçülü muncuqları yenə qaşımızın ətrafına iynə ilə bərkidirik.

Muncuqdan üzük hazırlayaq

Qaşı yapışdırdıqdan və muncuqları tikdikdən sonra  keçəmizin artıq olan hissəsini qayçı ilə kəsirik və halqanın üzərinə yapışdırırıq.

Muncuqdan üzük hazırlayaq

Budur, üzüyümüz hazırdır.

Muncuqdan üzük hazırlayaq

Ümid edirəm ki, hər biriniz bəyəndiniz.

6 fevral 2014
GO BACK