Qadin.NET / Əl işlərim, hazırladığım geyimlər

Əl işlərim, hazırladığım geyimlər

Bu dəfə sizi şəxsi əl işlərimlə tanış etmək istədim. Paltarlarımın çoxunu özüm tikirəm, elə həmçinin uşaqlarıma da... Şkafımda artıq yer tutan, ya da əynimə balaca olan paltarları uşaqlarım və özüm üçün formasını dəyişərək istifadə edirəm. Yeri gəlmişkən, ağ güpürlü qısa paltarı 40 ilin parçasından tikmişəm, yəni qaynanamın gəlinliyindən. Sevə-sevə geyinirəm. Bu sənətimə balacalıqdan həvəsim olub və şükürlər olsun ki, səbrim hələ yerindədir və inşAllah yenə də tikəcəyəm. Buyurun, əl işlərimlə tanış olun.

Ağ damalı, kətan parçadan, arxası kəpənək qanadlı kofta və ətək. Üzərində kostyumu da var.
Əl işlərim, hazırladığım geyimlər
Mavi atlas və şifondan ibarət olan, 3 həftə üzərində işlədiyim önü və arxası açıq ziyafət paltarı...
     Qara sadə köynək idi, ətəyinin aşağısından sökdüyüm güpürdən üzərində işlədim, məncə, pis olmayıb.
Əl işlərim, hazırladığım geyimlər
     Çəhrayı rəngli altı atlas, üstü qalın güpürdən orta yaşlı qadın üçün nəzərdə tutulmuş sadə, qısa paltar.
Əl işlərim, hazırladığım geyimlər
     Ağ güpürdən, altı atlasdan olan sadə qısa don. Bu paltarın parçası qaynanamın gəlinliyindəndir.
Əl işlərim, hazırladığım geyimlər
     Qara qolu olan qısa köynək. Qol hissəsi boyundan bağlanan idi, açıq olduğu üçün formasını dəyişdim, üzərini də güpürdən olan lentlə bəzədim.
Əl işlərim, hazırladığım geyimlər
    Önü qısa, arxası uzun, yerlə sürünən ziyafət paltarı.
Əl işlərim, hazırladığım geyimlər
Əl işlərim, hazırladığım geyimlər
     Kətan parçadan, sinəsi çarpaz xətlərlə, üzərində xırda qaşlı, dizdən yuxarı olan qısa paltar.
Əl işlərim, hazırladığım geyimlər
     Qara güpürdən, astarı qırmızı, uzun, qaşlarla işləməli olan önü yarıqlı paltar.
Əl işlərim, hazırladığım geyimlər
     Öz sarı ətəyimi heç geyinmədiyim üçün balaca qızıma sarı papaqlı, balaca çantalı uşaq paltarı tikdim. 
Əl işlərim, hazırladığım geyimlər
  Öz paltarımdan böyük qızıma bənövşəyi rəngli atlasdan, bant və çantalı uşaq paltarı tikdim.
Əl işlərim, hazırladığım geyimlər
   İki rəngli, qırmızı damalı və qırmızı sadə parçadan hədiyyə papaqlı və çantalı uşaq paltarı tikdim.
Əl işlərim, hazırladığım geyimlər
Astarı mavi zərli, köynəyi, üstü sürməyi güpürdən köynək tikmişəm.
Əl işlərim, hazırladığım geyimlər
12 fevral 2014
GO BACK