Qadin.NET / Evdə dekorativ şam ağacının hazırlanması (2)

Evdə dekorativ şam ağacının hazırlanması (2)

Əziz Qadın.Netli xanımlar, bu dəfə də sizlərə ev şəraitində dekorativ şam ağacının hazırlanması haqqındakı xəbərimin ikinci hissəsini təqdim etmək istəyirəm. Bu xəbərdə sizə dörd fərqli şam ağacının düzəldilməsini təqdim edəcəyəm. Bu rəngarəng parıltılı şam ağacları Yeni ildə evinizə çox gözəl görünüş qatacaq. Ümid edirəm ki, bəyənəcəksiniz.

1. Şam ağacının qozalarından olan dekorativ şam ağacının hazırlanmasına baxaq. Bunun üçün qalın kağız bu şəkildə düzəldilib yapışdırılır.

Evdə dekorativ şam ağacının hazırlanması (2)


Kağızın artıq yerlərini kəsirik, bu şam ağacımızın gövdəsi olacaq.

Evdə dekorativ şam ağacının hazırlanması (2)

Qozalar yuxarıdan başlayaraq yapışqan vasitəsi ilə yolkaya yapışdırılır.

Evdə dekorativ şam ağacının hazırlanması (2)

Yapışdırıb bitirəndə görünüş belə olmalıdır.

Evdə dekorativ şam ağacının hazırlanması (2)

Qozaların üzəri qızılı sprey ilə boyanır. Quruduqdan sonra yaşıl zərli lent qozaların arasına sarılır.

Evdə dekorativ şam ağacının hazırlanması (2)

]

Şam ağacımız hazırdır.

Evdə dekorativ şam ağacının hazırlanması (2)

2. Zərli lentlərdən hazırlanan şam ağacı üçün bizə kardondan hazırladığımız şam ağaclarından biri və gümüşü-zərli lent lazım olacaq. Lenti şam ağacının üzərinə dolaya-dolaya yapışdırırıq.

Evdə dekorativ şam ağacının hazırlanması (2)

Şam ağacımız hazırdır.

Evdə dekorativ şam ağacının hazırlanması (2)

 3. Quş lələklərindən hazırlanmış şam ağacı üçün bizə irili-xirdalı quş lələkləri lazım olacaq.

Evdə dekorativ şam ağacının hazırlanması (2)

Lələklər şam ağacının üstünə bu şəkildə yapışdırılır.

Evdə dekorativ şam ağacının hazırlanması (2)

Yapışdırıb bitirdikdən sonra şam ağacının başına ulduz əvəzinə mirvaridən düzəldilmiş bəzək salınır.

Evdə dekorativ şam ağacının hazırlanması (2)

Evdə dekorativ şam ağacının hazırlanması (2)
 

Şam ağacımız hazırdır.

Evdə dekorativ şam ağacının hazırlanması (2)

4. Tüklü lentdən hazırlanmış şam ağacı üçün isə bizə yenə kardondan hazırladığımız şam ağacı, mirvarı başlıq və tüklü lent lazım olacaq.

Evdə dekorativ şam ağacının hazırlanması (2)

Ağ tüklü lenti şam ağacının üzərinə yapışdırırıq. Bu dekorativ şam ağacı da çox sadə və asandır.

Evdə dekorativ şam ağacının hazırlanması (2)

Bu şam ağacı da hazırdır.

Evdə dekorativ şam ağacının hazırlanması (2)

Əziz xanımlar, siz bu şam ağaclarının dördünü də hazırlayıb evinizdə həm gözəl dekor, həm də bayram əhval ruhiyəsi yarada bilərsiz.

Evdə dekorativ şam ağacının hazırlanması (2)

(Tərcümə  edilib)

20 dekabr 2013
GO BACK