Kiçik yaslarımdan bəri rəsm çəkməyə çox həvəsim var idi, hələ o vaxtdan rəssam olmağı arzu edirdim. Zaman keçdikcə bu sahədə daha da irəlilədiyimi görən hər kəs mənə bu sənəti davam etdirməyi tövsiyə edirdi, nəhayət Rəssamlıq Akademiyası nəzdində incəsənət kollecinə qəbul oldum. Kollecdə oxuduğum müddətdə müxtəlif sərgilərdə iştirak edib nailiyyətlər qazanmışam. Artıq əl işlərimi görən və bəyənənlər mənə sifarişlər verməyə başladı. Əvvəllər sənətimi hobbi kimi istifadə etsəm də, hal-hazırda ancaq sifarişlər üzrə işləyirəm. Əziz Qadın.Netlilər, indi sizə öz əl işlərimi sərgiləyəcəyəm, ümid edirəm ki, bəyənərsiniz.
Burda qarlı mənzərəni təsvir etmişəm.
Bunu Ayvazovskinin əsərindən baxıb çəkmişəm.
Burda yağışlı küçəni təsvir etmişəm.
Bu şəkildə balaca mələyi təsvir etmişəm.
Meyvələrdən ibarət natürmort.
Gözəl təbiət mənzərəsi.
Sevimli, şirin pişiklər və tutuquşu.
İnsan simasını xatırladan ağac.
Meşənin rəngarəng yolları.