Qadin.NET / Dekorativ şam ağacının hazırlanması

Dekorativ şam ağacının hazırlanması

Əziz  Qadın.Netli  xanımlar, qarşıda  bizi Yeni il gözləyir və çoxumuz bayram hazırlıqlarına başlayırıq. Bilirik ki, yeni ilin ən gözəl simvolu şam ağacıdır. Uşaqdan-böyüyə şam ağacını hamımız çox sevirik. Əziz xanımlar, bu dəfə sizlərə dekorativ şam ağacının hazırlanmasını göstərmək istəyirəm. Bu şam ağacı bayramda masanız üçün çox gözəl dekorativ bəzək olacaq.

Lazım olan materiallar:

Qalın ağ kağız və ya karton

30 sm uzunluqda  çubuq

Şüşə stəkan

Düyü (stəkanda çubuğu bərkitmək üçün)

Sintetik saplar

Lent

Yapışqan

Güpür

Akril boya (ağ, qızılı)

Qızılı rəngli sprey 

Muncuq, düymələr, çiçəklər, plastik qar dənəcikləri və s.

Süngər və qayçı.

Dekorativ şam ağacının hazırlanması
Kartonu bu formada yapışdırıb artığını kəsirik.
Dekorativ şam ağacının hazırlanması

Sonra çubuğun uzərinə yapışqan çəkilib, nazik lent bu şəkildə çubuğun üzərinə sarınır.

Dekorativ şam ağacının hazırlanması
Hazır çubuq şam ağacının başlığına yapışqanla bərkidilir.
Dekorativ şam ağacının hazırlanması

Şüşə stəkana düyü tokülüb şam ağacının çubuğu bura bərkidilir. Daha sonra dibinə plastik sapları qoyub yapışqanlayırıq.

Dekorativ şam ağacının hazırlanması
Dekorativ şam ağacının hazırlanması

Sonra isə şüşənin üstünə güpürləri bu şəkildə yapışqan vasitəsi ilə bərkidib üzərinə broş yapışdırırıq.

Dekorativ şam ağacının hazırlanması
Dekorativ şam ağacının hazırlanması
Dekorativ şam ağacının hazırlanması
Şam ağacı başlığına güpürlər bu şəkildə yapışdırılır.
Dekorativ şam ağacının hazırlanması
Dekorativ şam ağacının hazırlanması

Daha sonra bir qaba ağ və qızılı akril boya tökülüb qarışdırılır, sonra süngər vasitəsi ilə güpürlərin üzərinə vurulur.

Dekorativ şam ağacının hazırlanması
Dekorativ şam ağacının hazırlanması

Quruduqdan sonra qızılı sprey ilə bu şəkildə boyanır.

Dekorativ şam ağacının hazırlanması

Şam ağacının oyuncaqlarını əvəz edən bəzəkləri qızılı sprey ilə boyayırıq.

Dekorativ şam ağacının hazırlanması
Dekorativ şam ağacının hazırlanması

Daha sonra isə bəzəkləri şam ağacının üzərinə yapışqanla yapışdırıb, bir daha sprey səpirik.

Dekorativ şam ağacının hazırlanması
Dekorativ şam ağacının hazırlanması

Budur, dekorativ şam ağacımız hazırdır.

(Tərcümə  edilib)

15 dekabr 2013
GO BACK